Piter Penin izləri ilə yaxud uşaqlar üçün fly yoqa

O, uşaqlıqdan yoqa ilə məşğul olub, ilk müəllimi isə anası idi. Bu gün o, yoqa haqqında hər şeyi bilən sertifikatlı məşqçidir. Nəzrin Quliyeva uşaq yoqası haqqında danışdı: uşağı niyə yoqaya yazdırmaq lazımdır və o bundan nə əldə edəcək.

joga4

İndi yoqa fiziki fəaliyyətin ən populyar formasıdır. Uşaqlar üçün yoqa daha çox dəbdir, yoxsa həqiqətən faydalı və effektivdir?

Uşaqlar üçün çox faydalıdır. Xüsusilə indiki həyatımızın ritmində uşaqlarda hiperaktivlik, yuxu pozğunluğu yaranır və onlar daima qadjetlərin təsirindədirlər. Yoqa isə simpatik və parasempatik sinir sisteminin balansına gətirib çıxarır.

Elə gəlir ki, asana və uşaq bir birinə zidd olan anlayışlardır. Zirək və hərəkətli uşaqları yoqaya vermək lazımdırmı?

Uşaqlar üçün yoqa oyun şəklində keçirilir və heç bir ciddi, statik pozalar yoxdur. Uşaqlar əylənməyi sevirlər və oyun şəklində yoqa onların diqqətini cəlb edir. Hər şey çox maraqlı şəkildə baş verir.

Uşaqlar həvəslə fly-yoqaya gedirlər, axı uşaq vaxtı hər kəs uçmaq istəyir. Bəs bu travma baxımından nə qədər təhlükəsizdir və valideynlər uşaqlarını rahatlıqla bu dərslərə göndərə bilərlərmi?

Bəli, fly-yoqa dərsələri – qamakla keçirilir. Hər bir qamak 600 kiloqrama qədər yük qaldırır, buna görə də yırtıla bilməz. Əlbəttə ki, ondan düşmək mümkündür... Amma bunun baş verməməsi üçün biz - müəllimlər varıq.

img_5405

Uşaqlarla yoqa oyun şəklində keçirilir. Bəs hansı yaşdan artıq ciddi dərslərə keçmək lazımdır?

Bütün uşaqlar individualdır. Mənim böyüklər qrupunda məşğul olan səkkiz yaşlı tələbəm var. Bu, uşaqın nə qədər bilincli şəkildə məşğul olduğundan asılıdır. Deyərdim ki, ən optimal 13-14 yaşdır.

Uşağın fiziki keyfiyyətləri vacibdir, yoxsa yoqa hər kəsi qəbul edir?

Yoqa boy və çəkidən asılı olmayaraq hər kəsi qəbul edir. Amma əks təsirin də olduğunu unutmamalıyıq: protruziya, onurğarası yırtıq, üçüncü dərəcədən yuxarı olan skolioz. Bu hallarda qrup dərsləri qadağandır, lakin xüsusi proqram üzrə individual məşğul olmaq olar.

joga3_1

Yoqa ilə məşğuliyyət stressə dayanıqlı insan yetişdirə bilərmi?

Bəli, yoqa uşaqlara özlərində balans tapmağa, əsəblərini boş yerə sərf etməməyə kömək edir.

Uşaqları yoqaya göndərməklə nəyə ümid etməliyik?

Sağlam yuxu, enerjinin düzgün paylanması, metabolizm və ümumiyyətlə sağlam vəziyyət.

MÜSAHİBƏ: ZEMFİRA KOROVİNA 

 

 

Тэги