Copenhagen Fashion Week AW 2020

28 yanvarda Kopenhagendə keçən yay Stockholm Fashion Week və Oslo Runway fəaliyyətini dayandırdıqdan sonra Skandinaviyada ilk dəfə təşkil olunan  və dayanıqlı inkişaf üzrə şəxsi məslətçilər şürası olan  Moda həftəsinə start verildi. Şuraya bütün dünyadan dəb üzrə ekspertlər daxildir, onların məqsədi təkcə yeni kolleksiyaları izləmək deyil, həm də ətraf mühitin sağlamlığı ilə bağlı məsələləri qaldırmaqdır. Bundan başqa, Skandinaviya Moda həftəsi BMT-nin dayanıqlı inkişaf sahələrinin prinsiplərinə riayət etməkdir. Artıq indi bütün nümayişlər maksimal dərəcədə ekoloji məsuliyyətlə təşkil olunurlar, brendlərə qarşı isə ən sərt şərtlər irəli sürülür. Sadəcə geyim vacib deyil, həm də bu geyimin necə hazırlanması vacibdir.

Bütün bu təşəbbüslər əbəs yerə məhz Kopenhagendə həyata keçirilmir: 2025-ci ildə şəhər karbon izlərini sıfıra qədər azaltmağı planlaşdırır. Danimarka isə ümumi olaraq 2030-cu ildə istixana qazlarının tullantılarını 70%-ə qədər azaltmağı  düşünür. Skandinaviya Moda həftəsi əvvəllər maraqlı küçə tərzi ilə lovğalanırdısa, bu il Qreta Tunberqin çıxışından və Kopenhagenin qlobal və ekoloji təşəbbüslərindən ilhamlanan Danimarkanın modabazlarının obrazlarını izləmək ikiqat maraqlıdır.

Bu il Kopenhagendə keçirilən Moda həftəsində skulptor çantalar, uzun şortlar, düz tikişli şalvarlar və pastel tonlarında bir çox şey görmək olar. Bej rənginin bütün tonlarını isə bu qədər  yalnız danimarkalılar sevə bilər...

Foto: mətbuat materialları