nargismagazine.az veb-saytının informasiya resursu istifadəçilər üçün açıqdır və öz fəaliyyətini AR mövcud qanunvericiliyinə uyğun olaraq həyata keçirir.
nargismagazine.az veb-saytının materiallarının istifadəsinə hüquq sahiblərinin öncədən razılığı ilə icazə verilir. Bütün materialların hüquqları sayta məxsusdur. Veb-sayt 18 yaşdan az olan şəxslər üçün nəzərdə tutulmayan məzmuna malik ola bilər.
nargismagazine.az veb-saytının rəhbərliyi istifadəçilər/müəlliflər tərəfindən nargismagazine.az veb-saytında yerləşdirilmiş məlumatlara nəzarət etmir və məsuliyyət daşımır. Biz istifadəçilər/müəlliflər tərəfindən sizə aid hüquq obyektinin mətn və şəkillərini təkrarən yerləşdirmələrinə həmçinin sizə aid hüquq obyektlərinin keçidlərinə nəzarət etmirik. Veb-saytda hər hansı bir məlumat qeydiyyatdan keçmiş istifadəçi/müəllif tərəfindən müstəqil şəkildə, kiminsə tərəfindən hər hansı bir yoxlama olmadan yerləşdirilir, bu da qəbul edilmiş İnternet şəbəkələrində məlumat yerləşdirmə dünya praktikasına uyğundur.
Rəhbərlik nargismagazine.az veb-saytında müəllif hüquqlarının pozulmasına mənfi münasibət göstərir.
Buna görə də, əgər siz aşağıdakılar daxil olmaqla müstəsna hüquq sahibisinizsə:
• dərc etməyə müstəsna hüquq;
• kütləvi nümayiş etməyə müstəsna hüquq;
• məlumatı ictimaiyyətə ötürməyə müstəsna hüquq
və nargismagazine.az veb-saytından istifadə edərək sizin haqqlarınız hər hansısa bir şəkildə pozulursa, aşağıda qeyd etdiyimiz məsləhətlərimizə müvafiq olaraq dərhal bizə bildirməyinizi xahiş edirik.
Düzgün və maksimal dərəcədə doldurulmuş məlumatınızı aldıqdan sonra, sizə daxil olma nömrəsi veriləcək və göndərənin ünvanına məktubun alınması barədə təsdiq göndəriləcək. Şikayətə 5 (beş) iş günündən çox olmayan müddətdə baxılacaq. Rəhbərlik AR qanunvericiliyinin qüvvədə olan normalarına əsasən mübahisəli məsələlərin həllini (Iddia və ya digər) məhkəmədən öncə tapmağa hazırdır.
Bizim email: [email protected]
Bu və ya digər pozuntuları aşkar etsəniz, aşağıdakı məlumatları bizə bildirməyinizi xahiş edirik:
1. Müəlliflik hüququ obyekti haqqında qayda pozuntusunun baş veridiyinə dair məlumatlar:
1. Məhsulun və ya əsərin adı - rus və ingilis dilində (ingilis versiyası olduğu halda).
2. Məhsulun və ya əsərin rəsmi səhifəsi, yaxud internetdə mətnin mənbəyi (olduğu halda).
3. Hüquqi şəxs üçün / elektron dərcin hüquq sahibi üçün / elektron hesablama maşını üçün proqramlara/məlumat bazası üçün - Dövlət qeydiyyatı haqqında sənədin surəti.
4. Hüquqi şəxs üçün / audio və video materiallarının hüquq sahibi - yayım şəhadətnaməsi (surəti).
5. Hüquqi şəxs üçün / foto və qrafik materiallarının hüquq sahibi üçün - təsvir etmək üçün mülkiyyət hüququnu və ya müəlliflik hüququnu təsdiq edən sənəd.
2. Hüquq sahibi haqqında məlumat:
1. Hüquqi şəxsin tam adı və ya fiziki şəxsin şəxsiyyət vəsiqəsinin məlumatları.
2. Poçt ünvanı (hüquqi və poçt ünvanı uyğun gəlmədiyi halda - hüquqi ünvanın mütləq göstərilməsi).
3. Internet şəbəkəsində hüquq sahibinin saytı (olduğu halda).
4. Fəaliyyət hüququ üçün lisenziya (əgər bu cür fəaliyyətə qanunvericiliyə uyğun olaraq lisenziya verilirsə).
5. Hüquq sahibinin nümayəndəsi (ad-soyad- ata adı, vəzifəsi, telefon, email).
3. Şikayət edən şəxsin məlumatları:
1. Ad, soyad, atasının adı
2. Vəzifəsi.
3. Telefon.
4. Email.
5. Hüquq sahibinin nümayəndəsinə verilən etibarnamənin surəti (şikayət edən şəxs hüquq sahibinin şirkətinin rəhbəri olduğu təqdirdə etibarnamə tələb olunmur).
4. İddia məlumatları
1. Qanun pozuntusuna yol açan məlumatların olduğu saytın səhifə (URL) ünvanı. Keçid https://old.nargismagazine.az /XXXXX formasında olmalıdır.
2. Hüquq pozuntusunun mahiyyətinin tam təsviri (hansı səbəbə görə hüquq sahibi tərəfindən bu məlumatların yayılması qadağandır).
5. Fəaliyyətin qanuna uyğunlugu haqqında ərizə (əl yazısı ilə yazılmalıdır və skan edilmiş formada göndərilməlidir). Hər şikayət üçün mütləqdir.
Bu formada:
Mən, "Ad, soyad, ata adı", "hüquq sahibinin hüquqi adı" adından etibarnamə əsasında "etibarnamənin məlumatları" çıxış edən təstiq edirəm ki, bu müraciətdə qeyd olunan bütün məlumatlar doğrudur, "şəxsin adı" (Hüquq sahibi) - müstəsna mülkiyyət hüququna sahibdir, o cümlədən:
• dərc etmə müstəsna hüququna;
• yayılma müstəsna hüququna;
• kütləvi nümayiş müstəsna hüququna;
• ictimaiyyətə çatdırma müstəsna hüququna.
Yuxarıda qeyd olunan bütün hüquqlar Azərbaycan Respublikasının ərazisində qüvvədədir, əsərlərin müəlliflərinin mükafatlandırılması ilə bağlı bütün məsələlər hüquq sahibi tərəfindən nizamlanır, qeyd olunmuş hüquqlar üzrə üçüncü şəxslərin iddiaları barədə hüquq sahibi xəbərdar deyildir.
Silinən/bloklanan post (paylaşım) və ya qalereya ilə bağlı üçüncü şəxslərin hüquqları pozulduqda, və onlar tərəfindən nargismagazine.az veb-saytına qarşı iddia yarandıqda (istehlakçı hüquqları daxil), hüquq sahibi bu iddiaların, o cümlədən məhkəmə daxil olmaqla mümkün olan mübahisələri aradan qaldırılması üçün bütün zəruri tədbirləri görür.
Hüquq sahibi - üçüncü şəxslərin tələblərini, şikayətlərini və ya iddialarını, həmçinin üçüncü şəxslərin haqqlarının pozulması faktına əsasən iddia, təzminat tələbi, şikayəti ilə bağlı, habelə hüquq sahibinin tələbi ilə post (paylaşım) və ya qalereyanı qeyri-qanuni və ya səhvən bloklamaqla yaxud silməklə nargismagazine.az veb-saytının bütün məsrəflərini və zərərlərini qarşılamaq məcburiyyətindədir (mənfəət, hüquqşünasın xidmət haqqının ödənilməsi və s. daxil olmaqla).
"Tarix. İmza "