JURNAL HAQQINDA

13 dekabr 2012-ci ildə NARGIS jurnalının nəşrinə başlanmışdır. Unikallığa və eksklüzivliyə iddia edərək, jurnal son dövrlərdə bu qədər defisitdə olan intellektual məzmunu ilə digərlərindən üstün olaraq fərqlənir. "Qadın" moda jurnalı formatından uzaqlaşaraq NARGIS hərtərəfli nəşr kimi çıxış edir və mədəniyyətin müxtəlif sahələrini maarifləndirilməsi üçün hüdudsuz imkanlar yaradır. Dəb - jurnalın əhəmiyyətli hissəsi olsada, ancaq heç də yeganə tərkibi deyil, çünki dəbin təzahüründə şübhəsiz ki, ümumi üslubun inkişafını və xüsusiyyətini müəyyən edən mədəniyyət komponenti var. İncəsənət, tarix, mədəniyyət haqqında məlumatları əhatə edən geniş materiallar düşüncələri kifayət qədər qidalandırır.

NARGIS jurnalını seçmək üçün beş səbəb:

  1. Mövcud olan parlaq cilalı jurnallarının böyük əksəriyyəti müəyyən sosial sahəni əhatə edərək ictimai təzahür kimi "Dəbin tərzini" yaradır. Onlar müəyyənləşmiş həyat standartını - kübar, qlamur həyat standartını canlandırırlar. Jurnal qurulmuş bu stereotiplərdən uzaqlaşır və potensial oxucuya ilk növbədə dəb dünyasına yox, sadəcə əsas komponenti dəb olan mədəniyyət dünyasına qərq olmağı təklif edir.

  2. Jurnal ən son dünya hadisələrinin və dəb tendensiyalarının icmalını "ilk ağızdan" təqdim edir.

  3. NARGIS - özünü kəşf etmək və daxili aləmini göstərmək üçün yaradıcı şəxsə verilən çox gözəl fürsətdir. Fikir mübadiləsi, basqasının həyat fəlsəfəsi ilə tanışlıq və öz həyat fəlsəfəsini axtarmaq - bütün bunlar bizim nəşrin çərçivəsində mümkündür.

  4. Düzgün şərh və qüsursuz üslub, fikir orijinallığı nəşri istedadlı və yaradıcı komandanın nizamlı əməyi kimi qiymətləndirməyə imkan yaradır

  5. Xüsusi layihələr və ictimai xarakterli kampaniyaları həyata keçirmək.