«Двойные стандарты: Тут Вам Не Там» Bakıda

Əziz dostlar! Bu şənbə, 22 aprel tarixində, Bakı vaxtı ilə saat 14:05-də Rusiyanın NTV kanalının efirində «Двойные стандарты: Тут Вам Не Там» ("İkili standartlar: Bura Sizin üçün Ora deyil") proqramı yayımlanacaq. "Тут Вам Не Там" - hər şənbə günü NTV kanalında yayımlanan yeni alternativ turizm bələdçisidir. 

q16a2489

Bu buraxılış bizim gözəl Bakımıza həsr olunur, buraxılışın hazırlanmasında “Nargis” nəşriyyat evinin təsisçisi və “Nargis” jurnalının baş redaktoru Ülviyyə Mahmudova iştirak edib.

q16a2810

Ülviyyə xanım çəkiliş qrupuna ənənəvi Azərbaycan mətbəxinin bütün gözəlliyini və xüsusiyyətini təqdim etməyə çalışıb, proqramın aparıcısı ilə qonaqları Yaşıl Bazara aparıb, rahat, ab-havalı “Ay Qonşu” restoranında məşhur Şərq qonaqpərvərliyini nümayiş etdirib.

q16a2704

q16a2535

Bu şənbə "Тут Вам Не Там" proqramının maraqlı buraxılışına mütləq baxın, hələliksə sizə çəkilişdən backstage-foto və videoları təqdim edirik.