Sosial şəbəkələrdə 10 ən nüfuzlu brendlər

1headerx2

Insightpool üç ay ərzində moda brendlərinin Instagram və Twitter hesablarının analizini edib.

Qiymətləndirmə üç meyar üzrə aparılıb: inflüenserlərin işinin keyfiyyətinin qiymətləndirilməsi, dəb mövzusundakı söhbətlərin faiz nisbəti və auditoriyanın cəlb etməsi. Araşdırmanın nəticələrinə görə sosial şəbəkələrdə ən məşhur bred əfsanəvi Chanel olub. İkinci yerdə Louis Vuitton brendi qərarlaşıb. İlk onluğa üç idman markası birdən düşüb – Puma (şübhəsiz ki, Pihanna ilə əməkdaşlığa görə), Adidas və Nike.

Sosial şəbəkələrdə 10 ən nüfuzlu brendlər:

  1. Chanel;
  2. Louis Vuitton;
  3. Christian Siriano;
  4. Puma;
  5. Forever 21;
  6. Marc Jacobs;
  7. Adidas;
  8. Victoria’s Secret;
  9. H&M;
  10. Nike.