Azərbaycan İsveçrəsi

screen_shot_2017-06-09_at_11.52.45_am

Bu məmləkət tarixi kökləri ilə dərin keçmişə dayanır. Vaxtilə burada Günəşə və Aya sitayiş edirdilər. Tam 600 il burada güclü dövlət inkişaf edirdi - ilk xristian dövlətlərindən biri olan Qafqaz Albaniyası. Qədim albanların az saylı nəsli olan udinlər xristianlığın tərəfdaşları qalaraq və öz dillərini qoruyaraq indiyə kimi öz qəhrəman əcdadlarının xatirəsini müqəddəs tuturlar.

screen_shot_2017-06-09_at_11.49.07_am

Bölgədə bir çox maraqlı tarixi abidələri: qədim alban-udin Müqəddəs Yelisey Kilsəsini, antik şəhərin və Qafqaz Albaniyasının əsas qapısının xarabalıqlarını, möcüzəvi qorunmuş qədim keramik su kəmərinin parçalarını görmək olar...

screen_shot_2017-06-09_at_11.49.40_am

Bu məmləkətin təbiəti olduqca zəngin və müxtəlifdir. Bura göbələk yığanların arzusu olan sıxyarpaqlı Rus meşəsi, unikal qoz və şabalıd meşələri, "Yeddi gözəl" şəlaləsi, göllər və çaylar, həmçinin ən müxtəlif biyabanlarla dolu olan çoxsaylı vadilərdir.

Turizm infrastrukturu aktiv şəkildə inkişaf edir. Regionda çoxlu otellər, o cümlədən bir neçə beşulduzlu otel, ailə tipli otellər, istirahət zonaları və turistik bazaları mövcuddur.

screen_shot_2017-06-09_at_11.47.53_am

Atla gəzintinin təşkil olunduğu cıdır meydanı var, stend atıcılığı üzrə İdman Kompleksi fəaliyyət göstərir, mövsümi ov təşkil olunur. 16 hektar sahəni açıq səma altında Azərbaycanın ən böyük attraksion parkı – Gabaland əhatə edir. Attraksionlara, su parkına, kartinqə, qapalı buz meydançasına, katamaranlı göllərə malik olan başqa bir böyük əyləncə mərkəzi - "Qafqaz-Park" dır. Burada qırxdan çox əyləncə növləri var.

screen_shot_2017-06-09_at_11.48.33_am

2009-cu ildən Qəbələdə hər il klassik musiqi, caz və muğam festivalları keçirilir. Bu festivallara dünya ulduzları - dirijorlar, müğənnilər, musiqiçilər gəlirlər. Təəccüblü deyil ki, Avropada yüz ildən çox fəaliyyət göstərən məşhur Beltman şirkəti fortepiano və royal istehsalatını məhz buraya köçürüb.

screen_shot_2017-06-09_at_11.46.00_am

Qəbələdə bu diyarın qədim üzümçülük və şərabçılıq ənənələrini bərpa etməyi özünə məqsəd seçən şərab müəssisəsi Aspi-Agro ASC çalışır. Yerli "Qəbələ" futbol klubu isə keçən mövsüm Azərbaycan çempionatında "gümüş" qazanıb.

Bölgənin ərazisindən "Aleksandr Düma Qafqazda" adlı maraqlı turist marşrutu keçir. Bu marşrut məşhur yazıçının 1858-ci ildə baş tutan Qafqaza səyahətini təkrar edir. Yerli dağlardan isə Azərbaycanın ən yüksək zirvəsi olan - Bazardüzünə (4466 m) həyəcanverici alpinist marşrutu işləyir.

 screen_shot_2017-06-09_at_11.49.22_am

2012-ci ilin yayından burada Beynəlxalq Aeroport açılıb. Bir sözlə, Qəbələ qonaqlara hər zaman şaddır!

 STATİSTİKA

Respublika ərazisində qeydiyyata alınan Azərbaycan vətəndaşları, — 9.705.600 nəfər.

Qəbələdə rayonunda 67900 nəfəri kənd yerlərində olmaqla, cəmi 103000 insan yaşayır.

Rayonun paytaxt əhalisini - 13500 insan təşkil edir.

Ailələr adətən iki və üç övlada sahibdirlər.

screen_shot_2017-06-09_at_11.48.19_am

İdeya və Mətn Ülviyə Mahmudova

Foto Pərviz Qasımzadə