"THE SILK ROAD ODYSSEY BY HENNESSY X.O" sərgisi

Dünən, oktyabrın 25-də Heydər Əliyev Mərkəzində "The Silk Road Odyssey by Hennessy X.O" layihəsi çərçivəsində yaradılmış Rəşad Ələkbərovun əsərlərinin nümayiş olunduğu "Hennessy Х.О İpək Yolu Odisseyası" sərgisinin açılışı baş tutdu.

z8e2c0341_1

z8e2c0317

4z3a7018

Mərkəzdə eyni zamanda dünya şöhrətli National Geographic elmi coğrafiya jurnalı tərəfindən təşkil olunmuş foto əsərlərin sərgisi keçirildi. National Geographic jurnalının fotoqrafları və kinomotoqrafları sayəsində "The Silk Road Odyssey by Hennessy X.O" turu çərçivəsində səyahətin nəticələri çəkilib və media platformalarında, həmçinin lokal tədbirlər zamanı sərgi şəklində beynəlxalq auditoriyaya təqdim olunmuşdur. 

4z3a7245

393a8224

4z3a7201

z8e2c0400

Yerli elita, siyasət, biznes, mədəniyyət və sənət nümayəndələri də daxil olmaqla təxminən 500 nəfər qonaq bu layihə çərçivəsində yaradılan əsərlərlə tanış olub. Qeyri-rəsmi söhbətdə nəfis Hennessy Х.О-un iki növündən ləzzət alaraq qonaqların təqdim olunmuş əsərləri və konyak evinin içkilərini müzakirə etmək imkanı olub. Şəhriyar İmanov və onun instrumental qrupunun ifası ilə müşayiət olunan tədbir gecəyə xüsusi bir kolorit və gözəllik qatıb.

393a8293

z8e2c0130

z8e2c0032

4z3a7089

Sərginin kuratoru, incəsənət sahəsində beynəlxalq ekspert Herve Mikaeloff çıxış edərək, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya və Fondun vitse-prezidenti Leyla Əliyevaya görülən işlərə görə minnətdarlığını bildirdi.

z8e2c0261

Təqdim olunmuş işin müəllifi Rəşad Ələkbərovun sözlərinə görə, layihə maraqlı anlar və təcrübə ilə yadda qalıb. "Bölgəyə uyğun təbii materiallarla işləmək bizə maraqlı idi" - deyərək bildirib.

8e2c9796

Qeyd edək ki, Hennessy X. və "National Geographic" jurnalını təqdim etdiyi "İpək Yolu Odisseyası" Fransanın Konyak vilayəti ilə başlayıb.

8e2c9959

8e2c9808

4z3a7055

4z3a7098

z8e2c0179

"Hennessy" şirkətinin doğma şəhərlərinə dəvət etdiyi "İpək Yolu Odisseyasının" yeddi rəssam-iştirakçıları yeddi sənət əsəri yaradıblar. 

8e2c9778