Azərbaycan qızlarının cazibədarlığı haqqında əfsanələr gəzir. Şərq sirrini və Avropa zərifliyini özündə birləşdirən şəhərimizin zərif cinsin gözəl nümayəndələri hər zaman baxımlı olmaqları ilə fərqləniblər. İndi isə Bakıda yeni Mon Caprice salonunun açılması ilə əminliklə demək olar ki: zərif xanımların gözəlliyi etibarlı əllərdədir!
Salon Avropa standartlarına cavab verən ən yüksək xidmət çeşidlərini təklif edir. Paytaxtımızın gözəllərinin arzuladığı bütün ən son trend beauty-prosedurlardan məhz burada keçmək mümkündür. Mon Caprice salonunda həmişə göstərilən xidmətlərin yüksək səviyyədə olmasından və istifadə olunan məhsulların üstün keyfiyyətində əmin ola bilərsiniz. Xüsusilə qeyd edək ki, salon ən yaxşı avadanlıqla və cihazların ən son modelləri ilə təchiz olunmuşdur.
İmicinizi dəyişmək arzusundasınız? Saçınızı uzadıb və ya başqa rəngə boyamaq istəyirsiniz? İtalyan istehsalçısından ən yaxşı boyalar xidmətinizdədir. Əgər sizin saçınız çoxsaylı boyama nəticəsində zərər çəkibsə, salonun ustaları sizə amiaksız qoruyucu effektli boyalar təqdim edəcəklər. Bundan əlavə, burada siz saçlarınızın gözəlliyini və parlaqlığını bərpa edən baxım proseduralarının növlərindən birini seçə bilərsiniz: fərdi saç diaqnostikası, botoks maskaları, Kerastase'dan saçların gözəllik ritualları, kürü maskaları, keratin baxımı saçlarınızı və müvafiq olaraq xarici görünüşünüzü tanınmayacaq dərəcədə dəyişəcək. Axı sağlam saçlar - cazibədarlığın əsas şərtlərindən biridir.
Saçların gözəlliyi ilə yanaşı qadın görünüşündə gözəl dırnaqlar da böyük əhəmiyyət daşıyır. Bu mövzuda da Mon Caprice salonunun ustaları böyük məmnuniyyətlə zəngin köməkçi alətlərlə silahlanıb sizə yardım edəcəklər: aparat və kəsici alətlə pedikür və manikür, dırnaq uzadılması, şellak, bio-gel və ən müxtəlif dizaynlar, əllər və ayaqlara peşəkar qulluq - SPA-manikür və pedikür, parafin baxımı və bir çox başqa xidmətlər. Fəaliyyətində yüksək keyfiyyətli xidmətlərin təmin edilməsini əsas götürərək alətlərin sterilizasiyasında tibbi avtoklavdan istifadə edilir. Bu da Sizin sağlamlığınızın tam təhlükəsizliyinə zəmanət verir.
Əgər axşam Sizin üçün xoş görüş gözlənilirsə edəcəyiniz tək bir şey var - bizim salonumuzun nömrəsini yığmaq və vizajistlərin qəbuluna yazılmaq. Onlar əsl möcüzələr yaradırlar! Ən məşhur markaların lüks kosmetikasından istifadə edərək (salonumuzda əldə etmək mümkündür) 3D makiyaj sizi bütün tədbirlərin ən önəmli qəhrəmanına çevirəcək. Həmçinin xidmətinizə body art, beş qat qoruyucu Pure Energy cihazının istifadəsi ilə solyarium, Candela GentleMax Pro lazer cihazı, kirpiklərin uzadılması və laminasiyası və digər beauty-proseduralar təqdim olunur.
Gözəl əhval-ruhiyyə və qüsursuz görünüş üçün salonumuza təşrif buyurun və gözəllik və harmoniya dünyasına daxil olun!
Ünvan: Rəşid Behbudov küç., 146, Tel: +994514440080