Əqrəb bürcü

Oktyabrın 23-dən noyabrın 21-dək su ünsürünə aid olan sirli və bir çox şayiələrlə əhatə olunmuş Əqrəb bürcləri dünyaya gəlirlər.

scorpio

Yəqin ki, ikinci bu qədər məşhur zodiak bürcü sadəcə mövcud deyil: əqrəb həm ən coşğun, həm ən kindar, həm də ən qapalı və həyatın zərbələrinə ən dayanıqlı bürcdür. Beləliklə, gəlin birlikdə Əqrəblərin nə qədər fövqəladə olduqlarını araşdıraq və bu bürc altında hansı ulduzların doğulduğunu öyrənək!

Deyirlər ki, əgər həyat sizi əqrəb ilə birləşdiribsə, siz onu heç vaxt unuda bilməyəcəksiniz. Bu çox güclü və xarizmatik zodiak bürcüdür. Bu bürc altında doğulan insanlar tamamilə öz zəhərli həşərat simvoluna uyğun olaraq güclü iradəyə, öz məqsədinə çatmaq səyinə, amansızlığa və son dərəcə özgüvənə malikdirlər.

Əqrəblərin qıcıqlanma xüsusiyyəti var.  Onlar, qətiyyən başqasının tabeliyində olmağı qəbul etmirlər, rəqabət aparmaq, öz məqsədlərinə nail olmaq üçün hər bir üsuldan istifadə etmək onlara xas olan əlamətdir. Əqrəb həmişə öz dəyərini və şəxsi ləyaqət hissinə malik olduğunu dəqiqliklə dərk edir.

Qəzəblənmə anında əqrəblərdə yaranan qəddarlıq onu təhlükəli rəqib edir. Lakin, Əqrəb özünü təmkinli aparmağa çalışır, ən azı öz əhatə dairəsi üçün seçdiyi insanlarla.

Əqrəblər birinə uzun müddət və çox seçərək bağlanırlar. Onun diqqətini güclü lakin məsuliyyətli şəxs cəlb edə bilər. Kişi-əqrəblər qadınlarda xarici cazibədarlığı, xarizmanı və mehribanlığı dəyərləndirirlər. Münasibətlərdə yol verilən səhvləri əqrəb bağışlamır. Amma əgər birinə həqiqətən məftun olub və bağlanıbsa, o zaman bu əbədidir. Əqrəb çıxıb gedə bilər, özünə qapana bilər və qıcıqlanıb deyinə bilər, amma hər zaman ona əziz olan bir insana kömək əlini uzatmağa hazırdır.

Əqrəblər öz güclü xarakteri ilə nəinki dostlarının, həm də qatı düşmənlərinin arasında hörmət qazanırlar.  Düşmənləri isə onlar asanlıqla qazana bilərlər:  Əqrəblər heç bir güzəştə getməyən, intiqamçı və düzgündürlər.

Əqrəblər həssas, xasiyyətcə ehtiraslıdırlar, onların əks cinsə və  fiziki meylə yüksəq maraqları var.

Hətta astroloqlar üçün bu insanlar (digər su bürcləri - Balıq və Xərçənglər kimi) müəmmalı qalırlar. Əqrəblər ikitərəflidirlər: onlar özlərində hisslərin coşğunluğunu və ağlın soyuqluğunu heyrətamiz şəkildə birləşdirirlər.