Nargis in Paris

Haute Couture həftəsi - moda dünyasının ən vacib hadisələrindən biridir. Bu estafeti yüksək modanın dünya paytaxtı Paris qəbul etdiyinə görə - ictimaiyyətin diqqəti yalnız bu mötəbər şəhərə yönəlib.

Haute Couture - ilk növbədə sənətdir. Haute Couture Həftəsində iştirak edən hər bir Moda Evi yenilik yaratmağa, tarixə düşməyə, iz buraxmağa çalışır. Bu tarix isə bu il Nargis komandasının da qürurla daxil olduğu birbaşa moda və sənət qanunvericiliyinin gözləri qarşısında baş verir.

 

2018-ci ilin 21-25 yanvar tarixləri arası Parisdə növbəti Haute Couture Moda Həftəsi keçirilib. Qeyd etmək lazımdır ki, bu kifayət qədər qapalı bir tədbirdir. Bu tədbirə yalnız moda dünyasının seçilmiş xadimləri və birinci dərəcəli ulduzlar dəvət olunur. Moda haqqında ən yaxşı dünya nəşrlərinin baş redaktorları, moda tənqidçiləri, bayerlər və məşhurlar - hər biri öz karyeralarında uzun müddət və inadla mübarizə apararaq Haute Couture Fashion Week nümayişlərinin ilk sıralarına doğru gedirlər. Vogue, Elle, Harper’s Bazaar, Marie Claire, Glamour, L’Officiel... Bu dəfə Azərbaycan jurnalı Nargis də Moda Həftəsində bu kult olan nəhənglər ilə bir sırada dayandı. Ən yaxşı jurnalların redaktorları və moda sənayesinin nümayəndələri ilə yanaşı Nargis jurnalının baş redaktoru Ülviyyə Mahmudova və moda şöbəsinin redaktoru Leyla İmanova bütün əsas nümayişləri və tədbirləri ziyarət ediblər. Məsələn, dahi Christian Dior Moda Evinin nümayişinin ilk sırasında bizim komandamız Olivia Palermo, Monika Bellucci, Vincent Cassel, Alla Verber, Evelina Xromçenko, Naomi Kempbell, Emmanuel Ferneti kimi ulduzlar və moda dünyasının tanınmış ekspertləri ilə qonşuluq edirdilər.

Nargis - Moda Həftəsinə ilk dəfə Azərbaycandan dəvət almış və rəsmi olaraq Fashion Week media sisteminə müstəqil nəşr kimi daxil olmuş jurnaldır. Bu nailiyyət Azərbaycanda dəbli media sənayesinin inkişafı və Avropada ölkəmizin mədəniyyətinin təbliği üçün böyük əhəmiyyət kəsb edir.

Bundan belə moda dünyasının bir hissəsi olan Nargis Haute Couture Fashion Week çərçivəsində öz tədbirini keçirib. 5 il bundan öncə yaranan Nargis öz beş illiyini 26 yanvarda dünya moda tarixinə Fransanın verdiyi töhfəyə ehtiram edərək, moda və mədəniyyət sahəsində xadimlərlə və investorlarla yaxın iş münasibətləri quraraq, öz növbəsində fashion pop-up kornerində təqdim olunmuş Azərbaycan dizaynerlərinin işləri ilə qonaqları tanış etmək imkanını qaçırmayaraq məhz dünya moda mərkəzi olan Parisdə keçirdi.

screen_shot_2018-03-14_at_10.57.23_copy

Tədbirin keçirilməsi üçün məkan olaraq Azərbaycan mədəniyyət mərkəzi seçilmişdi və aralarında Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev, Azərbaycan əsilli fransız aktyor Rober Ossein həyat yoldaşı aktrisa Kendis Patu ilə birlikdə, həmvətinimiz Əlimərdan bəy Topçubaşovun dəfn olunduğu Sen-Klu şəhərinin meri Erik Berdoati, Jean-Claude Jitroix, Stefan Rolland, Yasin Samoylov, Tilman Grav, Liviya Stoyanova, Marcello Jones, Brigitte Sabi, Christophe Guillerme, Dior muzeyinin direktoru Filipp le Moll, Damiani, Bulgari, Staphan Rolland, Van Cleef & Arpels, Chanel, Louis Vuitton, Piaget kimi aparıcı moda evlərinin əsas nümayəndələri, Conde Nast Cənubi Amerika, radio Courtoisie, Al Charkiah, Luxe Attitude, Fashion Insider kimi dünyəvi KİV-lərin nümyəndələri və s. kimi moda, biznes və sənət dünyasında tanınmış şəxslər dəvət olunmuşdu.

Həmçinin Nargis 1934-cü ildən fəaliyyət göstərən Parisin "Studio Harcourt Paris" əfsanəvi fotostudiyalarından birini əməkdaşlığa dəvət etdi. Studio Harcourt Paris studiyasının satış direktoru olan Paulina Rust-Johnkman Nargis üçün fotolarında öz loqosunu jurnalın adı ilə yanaşı yerləşdirməyə ilk dəfə razılıq verdiyini qeyd edib. Bu, görünməmiş bir nümunədir, çünki Studio Harcourt Paris siyasəti fotolarda sadəcə studiyanın loqosunun görünməsi şərtini tələb edir. Budur, indi bizim bütün qonaqlarımız tədbirdən xatirə olaraq Nargis və Harcourt loqosu ilə foto saxlamaq imkanı əldə ediblər!

Nargis'in yaradıcı axtarış və inkişaf tarixinə həsr olunmuş maraqlı foto sərgi, musiqi proqramı, Azərbaycan və eksklüziv olaraq Nargis üçün çalışan Gladys Perint Palmer kimi beynəlxalq fotoqrafların və illüstratorların əsərləri, isti və səmimi mühit - tədbirin qonaqlarının yaddaşlarında uzun müddət qalacaq.

Ülviyyə Mahmudovanın eskizlərinə əsasən, kukla hazırlayan gənc usta Günay İbrahimova sərgi çərçivəsində öz işlərini təqdim etdi.

Layihənin məqsədi - moda sənayesinin və media qruplarının nümayəndələrini öz oxucularına Azərbaycan dizaynerləri, fotoqrafları, qrafistləri, videoqraflarını kəşf etdirən Nargis jurnalı ilə tanış etmək, həmçinin beynəlxalq media bazarında tanınan brend olmaqdır.

Bu tədbirin təşkili üçün Azərbaycanın Fransadakı səfirliyinə, eləcə də Champagne Taittinger, BF Travel, Gyunel, Le Louis XV, Maison Samadi şirkətlərinə minnətdarlığımızı bildiririk.

 

 

 

Foto: Pərviz Qasımzadə