Beyonce: 15 il solo ifa

Müğənninin 37-ci yaş günündə, son on il ərzində onun ən populyar kliplərini gözdən keçirmək qərarına gəldik.

1. Single Ladies, 2008

Klip 12 saat müddətində çəkilib və MTV mükafatlarının doqquz nominasiyasında birdən namizəd olub. Youtube-da baxışların sayı çoxdan 660 milyonu keçib.

2. Halo, 2008

Bu mahnı Beyonce-yə ən yaxşı qadın pop-ifaçısı olaraq çoxsayda Grammy mükafatlarından birini və "İlin ən yaxşı mahnısı" nominasiyasında MTV Europe Music Awards mükafatını qazandırıb.

3. Run the World, 2011

Bu mahnının klipi ilk gündə ən çox baxılan qadın videosu olaraq dörd milyon baxış alıb. Elə həmin ildə Time jurnalı Beyonce-ni ən nüfuzlu insanlar siyahısına daxil etdi.

4. Drunk in Love, 2013

Bu klipə görə Beyonce və Jay-Z MTV tərəfindən "Ən yaxşı əməkdaşlıq" mükafatına layiq görülüb.

5. 7/11, 2014

Bu klip kamera və selfie-stick vasitəsi ilə şəxsən Beyonce-nin rejissorluğu ilə çəkilib və kameraya alınıb. Üstəlik, o həm də mahnının yazılmasında da iştirak edib.

 

 

Тэги

Тэги