Aretha Franklin — «Respect»
Soul kraliçasi Aretha Franklinin vizit kartı özünə hörmət tələb edən güclü qadının monoloq-mahnısıdır. Aretha tərəfindən ifa edilən bu mahnı iki "Grammy" mükafatına layiq görülüb və Billboard Hot 100 siyahısının ilk sırasında yer alıb. Kompozisiya hər bir güclü qadının playlistində olmalıdır.
Marvin Gaye - «I Heard It Through the Grapevine»
Marvin Gaye və onun motaun səslənməsinin zirvəsi sayılan «I Heard It Through the Grapevine» mahnısı tam yeddi həftə ərzində Billboard Hot 100 siyahısının birinci sırasından enmədi və soul hitlər arasında birinci yerdə uzun müddət qalan ən absolyut rekorddur. Mahnı "Grammy Şöhrət Zalı"na daxil edilib və buna görə playlistinizə layiqdir.
Otis Redding - «I’ve Been Loving You Too Long»
Amerikalı ifaçı və musiqiçi Otis Reddingin ballada janrında olan «I’ve Been Loving You Too Long» mahnısı tənqidçilər tərəfindən Reddingin ən yaxşı işi və soul klassikası hesab edilir. Mahnı "bütün zamanların 500 ən yaxşı mahnısı" siyahısına daxil edilib və bu onu öz musiqi siyahınıza əlavə etmək üçün kifayət edəcək səbəbdir.
Bill Withers - «Ain’t No Sunshine»
Bu mahnını hər kəs ifa edib: Joe Cockerdən tutmuş Michael Jacksona qədər. Mümkün olan bütün siyahılarda ilk sırada yer alıb və bu sonsuzca dinləyə biləcəyiniz bir mahnıdır. Amma Bill Withersin ifasında orijinal səsləndirmə, əlbəttə ki, ola biləcəklərin ən yaxşısıdır.
Roberta Flack - «Killing me softly»
Bir vuruşla nəvazişlə öldürəcək mahnı. Bu mahnıda ruh və Robertanın möhtəşəm səsi var. Dinləyin və başqa bir dünyaya qərq olun!