KONOR KİMİ GEYİNMƏK VƏ YAXUD MAKQREQOR-UN TƏRZ QAYDALARI

Hər kəs Konorun döyüş tərzini müzakirə edərkən biz MakQreqorun geyim tərzi haqqında danışacağıq.

İlan naxışlı kürk

İrlandiyalı döyüşçü brendləri sevir ... Həm də çox! Jimmy Choo, Dolce & Gabbana, Gucci markalarına heyrandı… Gucci ilə ümumiyyətlə qarşılıqlı sevgiləri var və bir dəfə çəki müəyyənləşdirməyə getdiyində Konor məhz bu brendin ilan naxışlı su samuru xəzindən kürkünü geyinmişdi.

gucci-slutar-med-pals-1

Mesaj verən kostyum

Bu sadəcə gözəl kostyum deyil, bu kostyuma diqqətlə baxmaq lazımdır. Konorun nə demək istədiyini anlayana qədər şəkli böyüdürük. MakQreqordan inciməyin, o bunu sizə demir.

conor-mcgregor-fck-you-suit

Kofta? Xeyr, eşitməmişəm

Belə bir fiziki formada olduğunda, koftalara və köynəklərə ehtiyacın olmur. Çiçəkli şalvarları kifayət qədərdir. Bəs necə... Həm rahatdır, həm də göz oxşayır.

derbuqsu0aahtku

Çiçəkli şalvarlar

Bəli, irlandiyalı çiçəkləri sevir. Əgər evinizdə çiçək bitmirsə, o zaman qoy şalvarlarınızda bitsin!

conor-mcgregor-dolce-gabbana-t-shirt-sneakers-david-august-pants-768x960

Heyrətamiz idman geyimi

Parlaq, epataj, diqqət cəlb edən... Qısacası, çox gözəl idman kostyumudur.

sport-preview-conor-mcgregor-funderland

Çempionluq kəməri

Və əlbəttə ki, Konora ən çox yaraşan aksesuar (həm fanatları belə düşünür, həm də özü) - çempionluq kəməri

56b3dd6ea4157b77c84f8047a94d375f583a96cbb48ad591159741

Mətn: Zemfira Korovina