CƏNNƏT BAĞI: Sadhquru

Sadhquru (Jaggi Vasudev) – xoşbəxtlik haqqında hər şeyi bilən və bu bilgini səxavətlə paylaşan insandır. O, Hindistanın 50 ən nüfuzlu şəxsiyyətləri siyahısına daxildir, xalqına göstərdiyi müstəsna xidmətlərinə görə dövlət mükafatına layiq görülüb. İstehzalı Hindistanlı mistik və yoq kitab yazır, müəmmalı danışır, moda dizaynerlərini, biznesmenləri, evdar xanımları, əsgərləri və məhbusları eyni dərəcədə yönəldərək öz "cənnət bağını" yaradır. Axı onun üçün ən vacib olan – insandır.

dsc01349_copy

Yoqa ilə kimlər məşğul ola bilər?

Yoqa və meditasiya ilə 14 yaşından başlayaraq həm yeniyetmələr, həm də istənilən yaşda böyüklər məşğul ola bilər. Qərb mədəniyyəti yoqanı fiziki təlimlər sistemi, müəyyən pozalar kimi qəbul edir, lakin müasir yoqa əsaslarında fiziki cəhətdən tək şey qeyd olunur: sizin rahat olduğunuz poza elə sizin asananızdır. Bu ona bənzəyir ki, azərbaycan dilini "a" hərfi ilə öyrənməyə başlayırsan, bu hərfi sevirsən və daha başqa şey öyrənmirsən. Məgər bu dil öyrənməkdir? Yoqa da eynilə belədir: insanlar fiziki tərəfini öyrəndilər və bunun yoqa olduğuna qərar verdilər.

"Yoqa" sözü - "birlik", "birləşmə" deməkdir. Bu dünyada biz varıq və Kainat var. Ancaq çox vaxt biz Kainata qarşı çıxırıq, bu isə bərabərə mübarizə deyil. Bütün inamsızlıq, insanın üzləşdiyi    bütün problemlər insanların Kainata qarşı çıxdığına görə baş verir.

Yoqa isə - öz fərdilik sərhədlərinin şüurlu şəkildə məhv edilməsidir, bu insanın və Kainatın birliyidir.

Əgər bədəniniz sizə narahatçılıq verirsə, o zaman sizə dediyimin heç bir fərqi olmayacaq, hətta oyanışdan danışsam belə. Vücudunuzdan fikrən ayrılmaq üçün bədəninizdə rahat olmalısınız, bunun üçün isə bədəniniz sağlam olmalıdır. Əgər sağlam deyilsinizsə, bu sizi bütün ömrünüz boyu təqib edəcək.

Fiziki fəaliyyət elə buna görə lazımdır: bədəninizin sizə narahatçılıq törətməməsi üçün.

İş yoqa ola bilər, gəzinti yoqa ola bilər, nəfəs və düşüncələr də yoqa ola bilər. Əgər bunu özünüzü azad etmək üçün edirsinizsə - deməli bu yoqadır. Əgər əksinə, özünüzə qapanırsınızsa - o zaman bu cəzadır. Azad olma öz sərhədlərinin məhv olması deməkdir.

Bəs maksimum azadlığı necə əldə etmək olar?

Maksimum azadlığa nail olmaq sizin məqsədiniz olmamalıdır. Növbəti addımın nə olacağını soruşmaq lazımdır. Yoqa ilə məşğul olanlar üçün növbəti addım isə - təcrübədir.

Siz biznesmenlərin qarşısında çıxış edirsiniz. Yoqa biznesdə necə kömək edə bilər?

Neft çıxarırsınız, ya da kompüter yığırsınız - bütün bunlar bəşəriyyətin rifahı üçün edilir. Yoqa da həmçinin rifahı artırmağa istiqamətlənib. Fəaliyyətlərinizi yalnız insanlığın xeyrinə deyil, həm də onu bilmədən məhv etmək üçün istifadə edə bilərsiniz. Elm, texnologiya - insanlığa böyük bir töhfədir, təəssüf ki, dərk etmədiyimizə görə bizə qarşı çıxır. Elm və texnologiya əvvəlcə bizim üçün imkanlar açdı, lakin bu gün planetimizi məhv edirlər, çünki insanlar onları istifadə etmək üçün kifayət qədər dərrakəli deyillər. Bu eynilə biznesə də aiddir.

Ticarətin bir hədəf olduğunu düşünürük, ancaq bu elə deyil. Ticarət də bəşəriyyətin xeyrinə yönəlib. Nəyi satıb, sata bilmədiyimizi bilməliyik. Təəssüf ki, bəzən özümüzü satırıq.

dsc01160_copy

Özünüzü müdrik və ağıllı bir insan hesab edirsinizmi?

Mən yetərincə axmağam. Axmaqlığını qəbul etmək üçün ağıllı olmalısan. Axmaqlıqla zəka arasındakı fərq ondadır ki, ağıllı insanlar bizim nə qədər axmaq varlıq olduğumuzu bilirlər. Səfeh isə səfeh olduğunu bilmir. Problem bundadır. Uşaqlar böyüklərə nisbətən daha açıq fikirli və həyatsevərdirlər. Yəqin ki, elə onlar həyat məsələlərində bizim məsləhətçimiz olmalıdırlar. Böyüklərin beyni daha çox inkişaf edib, lakin onlar bunu istifadə etmirlər, özlərini cəmiyyətin stereotipləri çərçivəsində məhdudlaşdırırlar.

Daxili mühəndisliyin əsas prinsipi nədir?

Daxili mühəndislik - fəlsəfə deyil, xarici firavanlığı yaratma texnologiyasıdır. Siz binanın rahat və komfortlu olduğu təqdirdə deyə bilərsiniz ki, bu yaxşı binadır. Əgər bina sizi qane etmirsə, o zaman yaxşı bina olduğunu deməyəcəksiniz. Mühəndislik bir şeyi sizin istədiyiniz kimi yaratmaq deməkdir. Bədəninizin, zehninizin və duyğularınızın istədiyiniz kimi işləməyi vacibdir. Özünüzü elə kökləməlisiniz ki, bədəniniz, zehniniz, duyğularınız sizin təlimatlara əməl etsin. Bədəniniz və dərrakəniz - həyatınız boyunca istifadə etdiyiniz vasitələrdir. Əgər onları idarə edə bilməsəniz fəlakət baş verəcək.

Yoqa daha çox kimə lazımdır?

Hamıya. Biz proqramlarımızı akademiklərə, alimlərə, biznes liderlərinə, əsgərlərə, məhbuslara öyrədirik. Hansı işlə məşğul olursanızsa olun, bədəninizin və beyninizin istədiyiniz şəkildə işləməsi vacibdir. Mən heç kimi dizayner, biznes lideri və ya alim etmirəm, mən sadəcə hər bir insana öz zirvəsinə çatmağa kömək edirəm. Bizim fəaliyyətimiz yaşadığımız dünya ilə əlaqəlidir. Əhəmiyyətli olan, daxilən necə fəaliyyət göstərməyinizdir, çünki zahirən nə etdiyiniz bundan asılıdır.

Sevgi bitdiyi zaman münasibətlərlə necə baş etməliyik?

Sevgi heç kimsə ilə bağlı deyil, bu duyğularınızın həzzidir. Sizin bədəniniz, düşüncələriniz, duyğularınız, obrazlarınız var. Bu dörd aspekt sizi formalaşdırır. Əgər bədənə xoşdursa, biz bunu sağlamlıq adlandırırıq, əgər çox xoşdursa - bu zövqdür. Əgər ağıla xoşdursa, biz bunu dünya adlandırırıq, əgər çox xoşdursa - bu sevincdir.

Əgər hisslərinizə xoşdursa, biz bunu simpatiya adlandırırıq; əgər çox xoşdursa biz bunu sevgi adlandırırıq.

Həyatınız xoş keçirsə, biz bunu xoşbəxtlik adlandırırıq, əgər çox xoş keçirsə, bu həzzdir. Əgər ətrafınız xoş insanlarla əhatə olunursa biz biz bunu uğur adlandırırıq... Həyatınızda axtardığınız bədəninizin, ağlınızın, duyğularınızın, enerjinizin, ətraf mühitinizin xoş olmasıdır. Bəs kim qərar verir, sizə xoşdur ya yox?

Bütün qərarlar sizin olsaydı, çətin ki, xoşagəlməz bir şey seçərdiniz! Uğurun bu təqibində sizin üçün ən vacib şey - ən xoş duyğu sevgidir.

dsc01275_copy_1

Qorxudan necə qurtulmaq olar?

Qorxu - gələcəkdə olan, indiki anda mövcud olmayan bir şeydir. Gələcəyin qorxusu var, çünki təxəyyülünüz sizi bir şey itirə biləcəyiniz barədə xəbərdar edir. Siz qazanmağa alışmamalısınız, məğlub olmağı öyrənməlisiniz, o zaman qorxunuz olmayacaq.

Qorxu sizin təxəyyülünüzdədir. Bizim cənnət və cəhənnəm ideyamız da bizim təxəyyülümüzdür, bu pulsuz kinoteatrdır. Sizin fantaziyalarınız, düşüncələriniz sizdən öndə irəliləyir. Sabah haqqında oturub düşünmək bir üstünlükdür və sabahın onlarla variantını düşünə bilərik. Əgər qorxu filmləri sizin xoşunuza gəlirsə, siz qorxunu uydura bilərsiniz. Siz indiki zamandan həzz almağı öyrənməlisiniz. Ağlınız və özünüz, bədəniniz və özünüz arasında məsafənin olması vacibdir. Dərrakənizin təbiətini anlamaq üçün özünüzü dərrakənizdən ayırın.

Yeni ili qeyd edirsinizmi?

"Qeyd etmək" nə deməkdir? Bəziləri üçün bu içmək və yemək deməkdir, bu onlara sevinc bəxş edir. Mən hər yeni günü, yeni il kimi qarşılayıram, çünki mən həmişə xoşbəxtəm. Mən heç kimə və ya heç nəyə mənə xoşbəxtlik ya da bədbəxtlik gətirməsinə izn vermirəm - bu üstünlük yalnız mənə məxsusdur.

Bakini bəyəndiniz?

Gözəl bir şəhərə bənzəyir.

Pul sizin üçün nə deməkdir?

Pul? Hami artiq kartdan istifadə edir!

dsc01076_copy

Kim daha ağillidir: uşaqlar ya böyüklər?

Ağil və zəka – eyni şey deyil.

Düşüncənin gücünə inanirsiniz?

Məgər insan tərəfindən yaradilan hər bir şey ilk olaraq düşüncələrdə yaranmayib?

Sevdiyin insanin itkisi ilə necə baş etmək lazimdir?

Heç cürə. Əgər insan vəfat edibsə bununla heç nə etmək mümkün deyil, qəbul edib, yaşamağa davam etmək lazimdir.

dsc00455_copy

Məlumat üçün

◊ 25 yaşındaykən Sadhquruya vergi verilib, bundan sonra öz təcrübəsini bəşəriyyətlə bölüşməyə qərar verib. Sadhquru müasir həyat üçün əhəmiyyətli olan yoqa təlimləri aspektlərini birləşdirərək həyatını bütün insanların fiziki, mental və mənəvi rifahını artırmağa həsr edib.

◊ Sadhquru Oksford, Stanford və Harvardda mühazirələr oxuyub; World Peace Summit-də, Davosda keçirilən Beynəlxalq İqtisadi Forumda, BMT-nin toplantısı və TED konfransında iştirak edib; Google, General Electric və Sberbankın əməkdaşlarına təlimlər keçib.

◊ Sadhquru Mysore Universitetinin İngilis ədəbiyyatı üzrə bakalavr dərəcəsinə sahibdir, çox sayda kitabların müəllifidir. 2016-cı ildə "Mənəvi quruculuq" adlı kitabı The New York Times qəzetinin versiyasına əsasən ən yaxşı bestseller olub.

◊ 1992-ci ildə Sadhquru dünyada 9 milyondan çox könüllünü birləşdirən qeyri-kommersiya mənəvi təşkilatı İşa Fondunu (Isha Foundation) yaradıb. Fondun səhiyyə sahəsində geniş miqyaslı humanitar layihələrdən, ekologiya, təhsildən tutmuş yoqa təlimlərinə qədər olan səyləri insan rifahının bütün aspektlərini yaxşılaşdırmağa yönəlmişdir.

 

MÜSAHİBƏ ÜLVİYYƏ MAHMUDOVA

FOTO ADİL YUSİFOV