OKSANA LAVRENTİEVA

Həqiqi və səmimi olan hər şeyi sevirəm!

Oksana Lavrentieva

Oksana Lavrentievanın xidmət dəftərçəsi olduqca böyükdür: məşhur Alexander Terekhov və Atelier Moscow brendlərinin daxil olduğu "Rusmoda" korporasiyasının təsisçisi, "Bəyaz bağça" («Белый сад») gözəllik salonunun sahibi, eyni zamanda Independent Media (Esquire, Cosmopolitan, Grazia, Harper’s Bazaar jurnallarının Rusiya versiyası) Nəşriyyat Evinin şəriki. Onun publisist və yazıçı Aleksandr Tsipkin ilə toyunu moskva müxbirləri ötən yayın əsas kübar hadisəsi adlandırıblar. Oksana Lavrentievanın Instagram səhifəsi isə – əsl bayramdır: @olololnew niki altında izləyiciləri ilə istirahətdən, dostları ilə səmimi görüşlərdən ən parlaq fotolarını paylaşır, tüklü ev heyvanlarını (nə az nə çox, tam beş ədəd) nümayiş etdirir, həyat yoldaşı və uşaqları ilə münasibətlərindən, ən əsası isə – özündən bəhs edir. Lavrentievanın "şəxsi həyatına aid akkauntunda" bir xüsusiyyət var – bu bayağı şəkillərdən ibarət qlamur albom deyil, gerçək və həqiqi insan hekayəsidir!   

İnsanlarla asanlıqla yaxınlaşıram, çətinliklə amma anında ayrılıram 

«Ancaq bunun üçün uzun bir tarixçə olmalıdır», – deyərək dəqiqləşdirir. İnternetdə və jurnallarda Oksananın şəxsi həyatı və Alyona Ahmadullina ilə baş tutmayan əməkdaşlığının qalmaqallı təfərrüatları müzakirə edilərkən Oksana sadəcə irəliləyirdi. Bu gün o, oxucularla xəyalının arxasınca getməyin və geri boylanmamağın səbəbini əsaslı həyat təcrübəli hekayələrlə paylaşır. Və insanlar ona inanırlar, çünki bu hekayələr kinodan götürülməyib. 

Ətrafdakılar tərəfindən bəyənilmək xoşuma gəlir

Bir vaxtlar o "Egomania" kosmetikasını reklam edib, "Qızıl Kosmosu" («Космос Золота») posterlərində işıldayıb, Dima Bilan və Valeri Meladzenin kliplərində çəkilib. Aradan çox vaxt keçib, amma bir şey dəyişməz qalıb: «Gözəllik – ruh halıdır, gözlərin təbii parıltısını isə heç bir "düzgün" makiyaj əvəz edə bilməz». Necə razılaşmayasan?

Mən gündəlik həyatla mübarizə aparmıram, əksinə onu sevirəm. Həyatımda gündəlik hərəkətlilik çox olmadığına görə, mən şüurlu şəkildə onu həyatıma daxil etməyə çalışıram. 

Əlbəttə ki, bazarda satış həcminə görə lider mövqelərini tutmuş şirkət sahibi darıxmağa macal tapmır. Bundan əlavə, düzgün və uğurlu səlahiyyət nümayəndəliyini heç kim ləğv etməyib!

Mənim enerjim – məşqçi, yoqa, idman, dostları dəstəkləmək və öz üzərimdə daimi işləməkdir.

Bütün yayı təqibçilər Oksananın idmanla necə səylə məşğul olduğunu görə bilirdilər. Dartınırdı, top oynayırdı, düşüb qalxırdı, amma təslim olmurdu. Nəticədə, özünün etiraf etdiyi kimi, bir kiloqram belə atmayaraq əvvəllər heç bir həvəsi olmayan idmanı hədsiz şəkildə sevməyə başladı. Beləliklə, zərurət marağa və böyük məhəbbətə çevrildi.

Mən qidalanmanın hər cür asketikliyinə cəhd göstərməyə çalışıram, amma məndə bu pis alınır.

«Özümə heç bir şeydə imtina etməyən qorxunc gedonistəm», özü haqqında danışan Oksana Lavrentieva əmindir ki: «Orqanizm nəyə ehtiyacı olduğunu daha yaxşı bilir». Həmişə olduğu kimi açıq və müqavimətsiz!   

Yeni şəraitlərə çox asanlıqla uyğunlaşıram, lakin məişət rahatlığının olmamasına tab gətirə bilmirəm

Oksana rahatlığa olan meylini gizlətmir. Detallara olduqca dəqiq diqqətçilliyi ona "Bəyaz Bağça" (bu gün iki yerdə fəaliyyət göstərir: Zubovskiy yolunda və "Metropol" mehmanxanasında)  gözəllik və sağlamlıq mərkəzini yaratmaqda kömək edib, mərkəzin hər bir xırdalığı aralarında ən tələbkar sahibənin də olduğu müştərilərin maksimum rahatlığına yönəldilmişdir.

“Wish-list”də ilk maddə – həyat yoldaşımla birlikdə, telefon olmadan uzun-uzun istirahət. Bu, mənim bugünkü gün ən böyük arzumdur!

Oksana geriyə baxanda qürurla belə yekunlaşdırır: "Arzuladığım hər şey həyata keçib". Bəs təcili yeni arzu düşünməyə və ya heç olmasa arzu diləməyə nə mane ola bilər?

 

Nigar Məhərrəmova