Bir neçə mövsüm ardıcıl olaraq tay modelyeri Ceyson Vu böyük moda nümayişlərindən imtina edirdi və müxtəlif mükafatların qırmızı xalısına çıxmaq üçün hazırlaşdırdığı sadəcə bir məşhurla əməkdaşlıq edirdi. Bütün bunlar isə gücünü yeni geyim kolleksiyasını yaratmağa və bu yaxınlarda dəbli Nyu York tamaşaçılarına təqdim etdiyi ikinci ətrinin təqdimatına yönəltdiyi üçündür.
Kolleksiyaya daxil olan bütün 18 geyim zərifliyi və nəfisliyi ilə fərqlənir. Gənc dizayner bu cür effektə paltarlara ustalıqla yüngül büzmələr, zərif haşiyələr və aşnağıya sallanan ipək bəzəklər əlavə edərək nail olub. "Ən əsası kəmiyyət deyil, keyfiyyətdir" – Ceyson Vu təqdim etdiyi paltarlarının az sayda olduğunu belə izah etdi. Yəqin ki, bu, bizim zəmanəmiz üçün ən yaxşı iş prinsipidir.