Fabulous Fund Fair 2019

Natalia Vodyanovanın 2004-cü ildən etibarən hər il keçirilən altıncı Fabulous Fund Fair balı keçirildi.
36 yaşlı supermodel və filantrop xeyriyyə tədbirlərini yaratmaqda bacısı Oksananın ona ilham verdiyini etiraf etdi. "Anama demişdilər ki, bacım on il belə yaşamaz. İndi o, otuz yaşındadır və çox güclüdür. Serebral iflic və autizmi saymasaq, o, fiziki sağlamdır. Balaca vaxtı bacımdan başqa fiziki imkanları məhdud olan uşaq tanımırdım, çünki bir çox ailələr bunun öhdəsindən gələ bilməyib övladlarını dövlət qurumlarına verirdilər, onlar isə burada çox yaşamırdılar. Oksana kimi uşaqların sağ qalmaq şansları ailədə daha yüksək olur. Heç bir şey ailəni əvəz edə bilməz" – deyə Natalya bildirib.
Bu il Böyük Britaniyada, Rusiyada və Fransada yaşayan əlil uşaqların ailələri üçün 40 milyon funt toplanıb. Xeyriyyə fonduna Celine, Givenchy, Dior, Stella McCartney və Louis Vuitton kimi moda evləri ianə veriblər.