Dünən, fevralın 26-da Parisdə Rodin Muzeyində Dior brendinin payız-qış kolleksiyası nümayiş olundu. Defile zamanı Tomaso Binqa kişi təxəllüsü altında çıxış edən rəssam Byanka Puççarelli feminizmin sabitləşmiş patriarxal sistem üzərində qələbəsi haqqında italyan dilində poema oxudu. Qəzəbli feminist kimi tanınan Mariya Qrasiya Küri moda evinin mənbəyindən, ingilis ənənələri və 50-ci illərin moda tendensiyalarından ilham almışdır. Hər zaman olduğu kimi Küri xüsusi diqqəti ayaqqabıya verdi. Onun əsas məqsədi isə "cəmiyyəti feminizm haqqında söhbətə" yönəlməyə təşviq etməkdir.