FRIEZE NEW YORK ART FAIR 2019

Avropanı sərgi ab-havası bürüyüb. Art Brussels, Art Cologne Gallery və Weekend Berlin sərgiləri başa çatdı. Altı may tarixində Nyu-Yorkda keçirilən Frieze Art Fair yarmarkası sonlandı, önümüzdə isə bir çox böyük tədbirlər var: beş ildən bir keçirilən Documenta Müasir incəsənət sərgisi, Skulptur Projekte Münster heykəltəraşlıq sərgisi, Bazeldə keçirilən Art Basel sərgisi...


Frieze yarmarkası bu il Nyu-Yorkun TEFAF sərgisi ilə eyni vaxta təsadüf etdi, onsuz da Nyu-Yorkda bu günlərdə görməli bir çox hadisə var!

Jean Dubuffet, TEFAF

Wendell Castle, TEFAF

Seven Branch Candelabra for Yves Saint Laurent (1988) by Claude Lalanne, TEFAF

White Cube by Mark Bradford

Frieze New York bütöv bir fotozona kimi təşkil edilmişdi. Yayoi Kusamanın inanılmaz fotogenik "Nərgiz bağı", Demien Hörst və Treysi Eminin də aid olduğu Kris Ofilinin "Gənc britaniyalı rəssamlar" kətanı altında çiçəklən əsəri nəyə desəz dəyərdi!

Chris Ofili, Yayoi Kusama, FRIEZE

Təşkilatçılar, reallıqdan qısa müddətli uzaqlaşmalı olsalar da, instagram dizaynına üstünlük verdilər.

Sarah Cain, FRIEZE

Isla Flotante, FRIEZE

Norman Lewis, FRIEZE

196 qalereya arasında Uzaq Şərqdən bir çox nümayəndə yer alırdı – Tayvan, Hindistan, Cənubi Koreya və iki il əvvəlkindən altı dəfə böyük çin qalereyaları! Digərləri ilə yanaşı İran əsilli amerika rəssamı Tala Madaninin işləri, The Turner Prize 2016 namizədi Maykl Din və hətta məşhur Robert Rauşenbergin əsərləri auksionda satıldı.