Pierpaolo Piççioli Romada botanika bağında öz kruiz kolleksiyasının çəkilişini edib. Keyplər, parıltı əlaməti olmadan geniş şlyapalar, ipək köynək-paltarlar – və bütün bunlar gözəl bir bənövşəyi palitrada təqdim edilib. Minimalizm çox zəngin ola bilər! Valentino brendinin kreativ dizayneri gecə libaslarını payetkalarla, zərif naxışlarlarla və 70-ci illərdə Veruşkanın poz verdiyi kimi dəvəquşu lələkləri ilə bəzəyib.