FASHION IS GREAT 2: BAKIDA DƏBLİ ŞOU

Mayın 27-də Bakıda Hyatt Regency otelində Britaniyanın Azərbaycandakı səfirliyi və Fortras Limited moda agentliyi ilə birgə təşkil olunmuş Fashion is Great 2 moda şousu keçirilib. Fashion is Great şousu ilk dəfə ötən ilin aprel ayında keçirilmişdi, o zaman nümayişin qonaqları bir sıra Azərbaycan brendləri ilə tanış olmuşdu. Bu il yerli istehsalçılara Böyük Britaniyanın moda markaları da əlavə edildi. Burada Victoria Beckham brendindən satin kokteyl paltarlar, Temperley London və David Koma brendindən eleqant kombinezonlar, B.S.S brendindən family look, Kengerli kolleksiyasından təmtəraqlı libaslar, Shams brendindən uzun şleyfli paltarlar, Utari Qazaxıstan brendindən trikotaj obrazlar və bir çox başqa brendləri görmək olar.
Narmeen zinət əşyası brendi xüsusi təəssüratı bağışlayıb. Əməkdaşlıq əsnasında Bakı şopinq-festivalına və Londonda Moda Həftəsinə xüsusi moda turları təşkil etmək fikri bildirildi. Bu planları həyata keçirməyi hazırkı nümayişin partnyoru, A & D Tours and Travels Qazaxıstan turoperatoru öhdəliyinə götürdü.