PİLATESLİFE®: UĞURLARI VƏ NAİLİYYƏTLƏRİ

PilatesLife® studiyası 2017-ci ildə fəaliyyətə başlamışdır və artıq çəki ilə mübarizə aparan, dayaq və hərəkət sisteminin müxtəlif xəstəliklərindən əziyyət çəkən və sağlam həyat sürən həmvətənlərimiz və şəhərimizin qonaqları arasında populyarlıq qazanıb. Mühüm hadisələrdən biri də, eyni Pilates studiyasında çalışan məşqçilərin sayı baxımından Avropa və MDB ölkələrində ən böyük studiyaya çevrilən PilatesLife® studiyasının genişləndirilməsidir. 

 

Bu, dolğun keçən iki il idi: PilatesLife® əməkdaşları ilk yardım, skolioz, hamiləlik və doğuşdan sonra bərpa və uşaqlar üçün pilates təlimləri daxil olmaqla müxtəlif təlimlər keçərək peşəkarlıq səviyyələrini əhəmiyyətli dərəcədə artırıblar. Uşaqlar üçün sosial aksiyalar keçirilib. Avropa Klinik Bəslənmə və Metabolizma Cəmiyyətinin (ESPEN) Azərbaycanda ilk və tək üzvü həkim-diyetoloq Tutu Zeynalova komandamıza qoşulub.

Gərgin işdən sonra şirkətin əmtəə və xidmətlərin beynəlxalq təsnifatında PilatesLife® ticarət nişanının qeydiyyatı təsdiqləndi. Azərbaycanda SEAM Academy proqramı ilə pilates-trenerlərin təlim keçmələri üçün ilk Akademiyanın açılışına start verildi. Pilates üçün avadanlıq istehsalı və satışına başlanılmışdır. Yaxın zamanda isə mərkəzdə sağlam qidalanma sevənlər üçün Diet-kafe fəaliyyət göstərməyə başlamışdır. PilatesLife Puma brendinin Azərbaycanda rəsmi nümayəndəliyi olan Azerbaijan Emergy şirkəti ilə əməkdaşlıq etməyə başladı.

PilatesLife® studiyasının yaxın gələcəkdə – fəaliyyətinin genişləndirilməsi və ziyarətçilərin yollarda vaxt itirməməsi üçün studiyalar şəbəkəsinin yaradılması planları var. 

PilatesLife® studiyasında pilates dərsləri danılmaz üstünlüklərə malikdir:

- Studiya ultra-müasir avadanlıqla, qrup dərsləri üçün geniş zallar, dünya səviyyəli ixtiraçı və bu idman istiqamətinin təsisçisi Cozef Pilatesin sübut olunmuş sistemi ilə keçirilən fərdi dərslər üçün VIP-zallarla təchiz olunub;

- PilatesLife® trenerlərinin çoxunun iş təcrübəsi 10 ildən çoxdur. Bu təlimçilər Türk Gimnastika Federasiyası tərəfindən lisenziya almış SEAM Academy-də təhsil alıblar və ixtisaslarını təsdiq edən sertifikatlara sahib olublar, öz işlərinin peşəkarlarıdır;

- Yüksək keyfiyyətli nəticələr əldə etməyə imkan verən innovativ tibb və idman texnologiyalarından istifadə edirlər;

- Pilateslə məşğul olan hər bir kəsə fərdi korreksiya proqramı verilir, bu da qısa müddətdə təlimlərdən  yaxşı nəticələr əldə etməyə imkan yaradır;

- Mərkəzdə yaş (uşaqlar daxil olmaqla), ilkin təlim, sağlamlıq vəziyyəti və digər amillərdən asılı olmayaraq hər kəs məşğul ola bilər. Studiya məşqçiləri orqanizmini gücləndirmək istəyən hər bir şəxs üçün optimal proqram və təlimlər seçəcək;

- Bu üsul özünü hamiləlik və doğumdan sonra bərpa dövründə çox gözəl təlim sistemi olaraq sübut etdi. Zəruri hallarda yükü azaltmağa imkan verən xüsusi avadanlıqların istifadəsi uşağı dünyaya gətirərkən tətbiq etmək üçün idealdır;

- Bel ağrıları, onurğa yırtığı, osteoxondroz, skolioz, lordoz, kifoz, bel və fəqərəarası əzələləri stabilləşdirmək üçün protruziya, həmçinin bədənin koordinasiyası və hərəkətliliyini gücləndirmək və inkişaf etdirmək üçün olan fərdi dərslər əvəzolunmazdır;

- Pilates dərslərini kardio yükləmələrlə birləşdirmək istəyənlər üçün hazırda studiyada fitness və sağlam həyat tərzi sahəsində dünya lideri olan Technogym şirkətinin ən yaxşı kardio trenajorları ilə mümkündür;

- Studiyada müxtəlif masaj texnikalarına malik yüksək ixtisaslı mütəxəssis tərəfindən idarə olunan bir masaj otağı var;

- Mərkəzdə bədən kütləsinin indeksini, əzələ kütləsinin miqdarını, 30 saniyədə böyüklər və uşaqlar üçün beş seqmentdə yağ nisbətini hesablayan innovasiv InBody cihazı quraşdırılıb. Bədəndə zülalların və mineralların miqdarını təyin edilir. Böyüklərdə gizli piylənmənin monitorinqi və uşaqlarda piylənmə mərhələsinin qiymətləndirilməsi aparılır. Çəki, pəhriz və fiziki ağırlıq səviyyəsinin korreksiyası üzrə məsləhətlər verilir. Qeyd edək ki, bu tədqiqat hamilə və kardiostimulyator cihazı taxılmış şəxslərə qadağandır.

PilatesLife® komandası hər kəsə sağlam bədən arzulayır və onu yaxşılaşdırmaq istəyənlərə kömək etməyə hazırdır!

Foto: Ruslan Nəbiyev 

İdman forması: Puma Azerbaijan

Makiyaj: Nura Babayeva & Mariuka Mua

Tel.: (+994 12) 555 65 11

Mob.: (+994 50) 995 05 50

Ünvan: Səməd Vurğun küçəsi 34, AF MALL, 4-cü mərtəbə.

İş vaxtı: bazar ertəsi-şənbə günləri, saat 9:00 – 21:00-dək

Ödənişli yeraltı avtopark mövcuddur.