Fransanın paytaxtında keçirilən Yüksək Moda Həftəsi ən qızğın vaxtındadır. Moda tamaşaçıları üçün ən yaddaqalan təsirləndirici kolleksiyalardan biri Mariya Qrasiya Kyurinin Dior üçün hazırladığı kolleksiya oldu. Mariyanın əsərlərinin əsas xüsusiyyətləri - gözəllik və dərin fəlsəfədir. Hər zamankı kimi! Nümayiş Bernardo Rudovskinin "Are clothes modern?" yazılı futbolkaları ilə açıldı. Daha sonra modellər podiumda Yunan kariatidalarını canlı təcəssüm etdirən dalğalanan libaslarda və uzun ətəklərdə yürüdürlər. Nümayiş effektiv və intriqalı sonlandı - Diorun Monten avenyuda yerləşən butikinin kiçildilmiş versiyasını üzərində gəzdirən model podiuma çıxdı.