#Gizerskaya

Anastasiya Gizerskaya – idmançı, inflüenser və sadəcə gözəl. Onun İnstaqram bloqunda nəinki fitness nailiyyətlərini, həm də dəbli obrazlarını izləyən bir milyon abunəçisi var.

Azərbaycan dilində hansı ifadəni bilirsiniz?

Mən səni sevirəm.

Sizin ideal obrazınız?

Fərqli həyat situasiyalarında tamamilə fərqli obrazlarda özümü rahat hiss edirəm. Ən çox idman-şik tərzinə üstünlük verirəm: bu həm zərif və eyni zamanda rahat bir geyimdir. Yeri gəlmişkən, paltarda da özümü rahat hiss edirəm.

Sizin ən böyük nailiyyətiniz?

Yəqin ki, hazırda Rusiyada ən böyük layihələrdən biri olan fitness layihəmdir. Minlərlə qıza qamətli olmağa kömək etmişik, düzgün qidalanmağı və sağlam həyat tərzi sürməyi öyrətmişik.

Özünüzü üç sözlə təsvir edin.

Dürüst, prinsipial, pozitiv!

Desert sifariş vermək istədiyiniz zaman hansı fikirlər sizi cilovlayır?

Desert heç yerə getmir, bu gün həyatımın son günü deyil və bir həftədən sonra bu deserti yeyə bilərəm, əlbəttə ki, bütün bu vaxt ərzində özümü cilovlaya bilib ona layiq olacağamsa.

Təbiilik yoxsa şəkil dəyişmə?

Şəkil dəyişmə, lakin təbiilik toxunuşları ilə. Həddi aşmamaq lazımdır.

Sevdiyiniz Azərbaycan yeməyi?

Yağlı yemirəm və yəqin ki, Bakıda arıqlayan yeganə insan mənəm. Ət, toyuq sevirəm... yeri gəlmişkən, Bakıda çox dadlı toyuq kababı var. Xüsusilə sumaq ədviyyatını çox bəyəndim, artıq hər yeməyə əlavə edirəm.

Cümləni davam edin: “Heç kim bilmir ki...

...əhvalım olmadığı zaman, onu yalnız Pringles çipsləri qaldıra bilər”.

Siz instaqramda izləyicilərinizin düşüncəsinə təsir edirsiniz, bəs inflüenserin düşüncəsinə kim təsir edə bilər?

Yalnız valideynlərim və ən yaxın insanlar mənim fikrimə təsir edə bilərlər. 

Müsahibə: Nigar Oruceva Foto: Pərviz Qasımzadə

Material altmış birinci buraxılışda dərc olunmuşdur.