Biz yay mövsümü ilə romantik Monteneqroda vidalaşdıq – artıq isti paltarları çıxarmaq vaxtı gəldi, axı payız səyahət edənlər üçün əngəl deyil!
Travel blog Love, Nargis-in oktyabr buraxılışı yalnız bir bayrama həsr oluna bilərdi – qastronomiya əfsanəsi, ən böyük pivə festivalı olan Oktoberfestə. Burada dərəcə Avropanın bütün yerlərindən daha yüksəkdir! Nargis jurnalının redaksiya heyətinin tapşırığı ilə Lana Sokolova dünyanın ən populyar Oktoberfest festivalının keçirildiyi Münhenə yollandı – onun sayəsində biz indi ağ bavariya kolbasalarının nə qədər ləzzətli olduğunu, turistlərin milyardlarla avronu hara xərclədiklərini və pivə festivalının çılğın ritmində necə itməməyi yaxşı bilirik.
Qısa bir ip ucu: rominqa qoşulmaq imkanınız varsa Tereza çəmənliyini tapmaq çox asandır. Bütün səfərlərdə göstərdiyi əvəzsiz dəstəyinə görə Azercell şirkətinə təşəkkür edirik! Bütün pul vəsaitlərimizi kartda saxlamaq imkanı yaratdığı üçün PASHA Banka təşəkkür edirik – o qədər də, ayıq olmayan milyonlarla izdihamın arasında qaldığınızda elektron valyutanın bütün rahatlığını mütləq qiymətləndirəcəksiniz. Və əlbəttə ki, bu səfərin olduqca komfortlu keçdiyinə görə PASHA Travel-ə təşəkkür edirik!
Nargis ilə izləyin və səyahət edin!
Love,