Razılaşmaq çətindir, amma təəssüf ki, Enfant Terrible yüksək moda dünyasını tərk edir. Parisdəki "Theatre du Chatelet" teatrında baş tutan sonuncu Gaultier Paris nümayişində dəbli publika, əsasən də Jan-Pol yaradıcılığının pərəstişkarları performanslardan, teatral və musiqili çıxışlardan, ən əsası isə ən təxribatçı dizaynerin son kolleksiyasıdan zövq aldı. Bu kolleksiyada dizayner yaradıcılığının əsas elementlərini və detallarını xatırlatdı: alt köynəkləri, yalançı kostyum və hətta əfsanəvi konus bra. Və bu son deyil! Qotye moda dünyasına "yeni bir konsepsiya" ilə qayıdacağını vəd edir. Buna görə də, biz ona Adieu deyil, À bientôt – deyirik!