MAX MARA RESORT 2020

Marlen Ditrix və Devid Boui yalnız bir dəfə – 1978-ci ildə Just Gigolo tragikomediyasında qarşılaşmışdılar. Max Mara kruiz kolleksiyası onların tərzində ən yaxşı nə varsa özündə birləşdirmişdi, həm də tunc dövrünün kolleksiyası və tarixdən əvvəlki artefaktları ilə Berlin Yeni muzeyinin yerləşməsinə tamamilə uyğun idi. Kobud drap və tekstur, jakkard parçanın üzərində lüreks sapları, mamont qəhvəyidən tünd qırmızıya qədər rəng palitrası və London dizayneri Reema Pachachi'dən statement-bəzəklər buradan götürülüb. Marlen Ditrixin hələ belə inandırıcı obrazını heç bir dizayner yaratmamışdı!