Alessandro Mikele Romada yerləşən dünyanın ən qədim Kapitolini Muzeyində Gucci 2020 kruiz kolleksiyasını təqdim etdi. Mətbuat konfransında dizayner belə izah edib: "Qadınlara hörmət edilməlidir... Onlar istədiklərini seçmək azadlığına malik olmalıdırlar". Bəzi modellər nümayişə son bir-iki gün qalmış sosial xəbərlərə cavab olaraq tamamlanmışdı. Burada jakkard parçadan arxasında "Mənim bədənim – mənim işimdir" yazılı, həmçinin İtaliyada abortun leqallaşdığı 22.05.1978 tarixinin yazıldığı kostyumlar və qadın səssizliyini simvollaşdıran döyməli "şərflər" daxildir.