Love, NARGIS: Maldiv adaları

Rəngarənq izdihamlı milad yarmarkalarından sonra bir qədər sürəti azaldıb qışın soyuq və həzin yanvar səmasından uzaqlaşaraq Yer üzündəki əsl cənnətə  Maldiv adalarına qaçmağa qərar verdik! Səyyahımız məsul redaktor Leyla Sultanzadə ağ qumda passiv istirahət və firuzəyi okeanı seyr etməklə kifayətlənmədi. O, sörfinqlə məşğul oldu, SUP-yoqa ilə tarazlıq hissiyatını inkişaf etdirdi, sualtı qayıqla okeanın dərinliyinə qərq oldu. Bütün bunları seyr etmək möhtəşəm zövqdür!

Bu valehedici buraxılış bütün səyahətlərdə sadiq yol yoldaşlarımız olan sponsorların sayəsində baş verdi! Həmişə olduğu kimi, səyahətçimizin komfortunu və təhlükəsizliyini PASHA Travel komandasına etibar etdik. Uzun uçuşlar o qədər də yorucu olmadı, çünki hava limanında Azercell-in yüksək sürətli interneti sayəsində bir kliklə darıxmağa qoymayan "Zvuk" və "Bookmate" tətbiqlərini yükləmək mümkün oldu. Bütün ödənişləri PASHA Bank Miles&Smiles sehrli kartı ilə edərək Leyla nəinki kağız pul təlaşından qurtuldu, həm də hər əməliyyatdan millər qazandı!

 Nargis ilə birlikdə izləyin və səyahət edin!

 

Love,