Məhəbbət korridası: Frenk Sinatra və ava qardner

ABŞ-da büt yaratmağı və onlara sitayiş etməyi bacarırlar, xüsusən də, musiqi və kino sahəsində. Bu bütlər sırasında ilk yerlərdən biri, şübhəsiz ki, Frenk Sinatraya məxsusdur. O, dünya mədəniyyətində yarım əsri əhatə edən bütöv bir dövrə çevrilmişdir. Bu dövrdə prezidentlər və senatorlar, artistlər və musiqiçilər, biznesmenlər və kriminal avtoritetlər (sonuncularla dostluq münasibətlərinə görə mətbuat dəfələrlə Sinatraya irad bildirib) bir birini əvəzləyirdilər... Emosionallığı, tükənməz enerjisi və həyat sevgisi ilə Frenk müxtəlif pəhrizlər, treninqlər, buddizmə və yaxşıca reklam edilən xeyriyyəçiliyə aludə olan müasir “ulduzların” əksəriyyətinə çox az bənzəyirdi. O, necə deyərlər, tam dolğun həyat yaşayırdı və hisslərinin təzahüründıən utanmırdı. Bunlara baxmayaraq, bəlkə də, elə bunlara görə, Sinatra hələ həyatda ikən “Amerikanın milli sərvəti” elan edilmişdi. 

1

2

Onun mavi gözləri və bir qədər əyri təbəssümü, “Tanrının öpüşü” adlandırdığı üzündəki çapıq, bir qədər yellənərək, yırğalana-yırğalana yerişi qadınları dəli edirdi. Gəncliyində Sinatra Hollivudun 20-yə yaxın əsas gözəlinin yer aldığı siyahı tərtib etmişdi və zaman ötdükcə üzərində qələbə qazandıqlarının üstündən xətt çəkirdi. Deyirlər ki, siyahıda bir soyad da qalmamışdı...  Bəs onların ürəyini nə ilə fəth edirdi? Əlbəttə ki, gəncliyində məlahətli, yaşlandıqdan sonra isə bir qədər xırıltılı səsi, italyan temperamenti, yumor hissi, alicənablığı, səxavəti və yəqin ki, digər keyfiyyətləri ilə. Hansılarla? Bu barədə Merilin Monro, Enci Dikinson, Loren Bekoll, Şirli Makleyn, Lana Terner, Qloriya Vanderbilt və bir çox başqalarından soruşmaq lazım idi. Onun böyük məhəbbət tarixçəsinə gəldikdə isə, o, yalnız bir dənə idi...

3

Frenk Sinatra pərəstişkarlarının əhatəsində

4

Frenk Sinatra və Merilin Monro

5

Frenk Sinatra və Cina Lollobridcida 

 

Ava adlı ilahə

7

Aktrisa, çılğın gözəl, 1950-1960-cı illərdə Hollivudun ən parlaq ulduzlarından biri, o, kişilərə maqnetik təsiri ilə şöhrət qazanmışdı. Hətta dahi Ernest Heminquey onu ilham pərisi və sevimli aktrisası adlandırırdı. Bir çox jurnalistlər Qardneri dünyanın ən gözəl qadını hesab edirdilər. Gəncliyi ötən əsrin 70-80-ci illərinə təsadüf edən milyonlarla kişilərlə birlikdə bu iddia ilə bu sətrlərin müəllifi də tamamilə razıdır. Bu da mübaliğə deyildi: hətta indi də (əgər kimsə hələ seyr etməyibsə) bu ilahi alebastr üzlü və qədd-qamətli yaşıl gözlü zərif qarabuğdayı qadının iştirakı ilə bir filmə (“Kilimancaro qarları”, 1952 il, “Çılpaq Maha”, 1958 il və ya “Qırmızı geyinmiş mələk”, 1960 il) baxmaq kifayərdir ki, buna inanasan.

9

8

Dərdindən divanə olan ərləri və sevgililərini, onlardan diqqət və hədiyyələri qəbul edərək, Qardner tənbəl lətafətlə, kral-sayağı, labüd bir şey kimi vaxtaşırı dəyişirdi. Sinatra ilə görüşə qədər o iki dəfə – aktyor Mikki Runi və musiqiçi Arti Şou ilə ailə həyatı qurmuşdu və milyonçu-aviator Hovard Hyuzla başgicəlləndirici roman yaşayırdı. Pərəstişkarı gözəlçənin bütün tələblərini yerinə yetirirdi: təyyarələr, brilyantlar, geyimlər. Sinatra da azad deyildi – həyat yoldaşı Nensi, 3 uşaq...   

10

Ava Qardner və Hovard Hyuz

Onlar 1950-ci ildə “Centlemenlər sarışınlara üstünlük verirlər” filminin premyerasında tanış olmuşdular. Yeri gəlmişkən, sonralar, Frenk Avaya açıq təklif irəli sürəndən və o, razılıq verdikdən sonra, qadın jurnalistlərə Holivudda ibarəyə çevrilən sözlər dedi: “Centlemenlər sarışınlara üstünlük verirlər, lakin qarabuğdayılarla evlənirlər”...

O zaman Sinatra artıq məşhur idi: musiqi reytinqlərində ilk yerləri tuturdu və kino karyerasına uğurla başlamışdı. Arxada isə – çoxsaylı romanlar, şöhrət, pullar. Ava da taleyin ərköyünü adını qazanmışdı – o, hər şeyə malik idi. Onu heç zaman görkəmli aktrisa hesab etməyiblər, lakin o, ağılları başdan alacaq dərəcədə gözəl idi və rollarını yaxşı ifa edirdi. Hərçənd, bu dahiyanə deyildi, yalnız yaxşı idi. Karyerası boyunca onun hər hansı bir xüsusi yüksəlişi olmadı, amma uçuruma da yuvarlanmadı. 

SINATRA AND AVA GARDNER.

Charity Party

Qardner Sinatranı ilk baxışdan fəth etdi. “Mən sadəcə başımı itirdim, – Sinatra xatırlayırdı. – Sanki o mənim stəkanıma xəlvət nə isə tökmüşdü...” Hollivudun lovğa kişilərinə bənzəməyən coşğun və seksual Frenk də Avanın qəlbinə yatmışdı. Lakin o bunu aşkar etməyə tələsmirdi. Gözəlçə sevimli oyununu oynayırdı – hədiyyə və diqqət gözləyərək, gözəlliyi ilə ram etdiyini yalnız iltifatlı baxışı ilə mükafatlandırırdı. Sinatra əzab çəkirdi, eşqdən və qısqanclıqdan dəli olurdu, anlayırdı ki, bahalı hədiyyələrin təqdim edilməsində milyonçu Hyuzla rəqabət aparmaqda acizdir. Bu görüşdən sonra Sinatranın vəziyyətini onun dostları və bioqrafları dəlilik kimi qiymətləndirirlər. Avaya ehtirası onu o qədər sarsıtmışdı ki, Frenki səsini itirdi, içkiyə aludə oldu və hətta özünə sui-qəsd etmək istəyirdi. Dostları Sinatranı tanımırdılar – o, gah Ava onunla şam etməyə razılıq verəndə sevincindən işıq saçırdı, gah da, onu ciddi qəbul etməyəndə, döyülmüş it kimi gəzirdi.

13

Ən yaxşı mahnılarını o, məhəbbət həyəcanı yaşadıqda yazırdı, – “Səfeh, mən səni istədim” balladası onun növbəti ehtiras tutmasının bəhrəsi idi. Onların parlaq romanını müasirləri dövrün iki parlaq şəxsiyyəti və kumirinin məhəbbət korridası adlandırırdılar.  İki təbiətin toqquşması onların hər ikisini əhatə edən ehtirasa çevrildi. Onların hər ikisi hazırcavab, enerjili, emosional, hər şeydə – alkoqollu içkilərə, italiya mətbəxinə, gecə boks döyüşlərinə və azğınlıq həddində eşqə meyillilikdə bir-birinə uyğun idilər... Tezliklə onlar münasibətlərini rəsmiləşdirmək qərarına gəlirlər. Bir ay dilə tutmalardan sonra, Sinatranın həyat yoldaşı boşanmaq üçün sənədləri imzalayır və 1951-ci ildə Frenklə Avanın Filadelfiyada toyları baş tutur. Düşünmək olardı ki, sevgililərin tam xoşbəxtliyinə heç nə mane ola bilməz...  

Wedded Bliss

 

 

Altı il xoşbəxtlik

Təəssüf, amma “evlənmək”, “ərə getmək” və “xoşbəxt olmaq” anlayışları həmişə bir-birinə bağlı deyil. Bu həqiqəti Frenklə Ava öz təcrübələrində anladılar. Çox az zaman ötdü və “sevən cütlük” sanki müxtəlif istiqamətlərə cəzb edilməyə başladı. Frenkinin qastrol səfərləri və Avanın kino çəkilişləri onlara xoşbəxt ünsiyyət üçün çox az vaxt buraxırdı. Onlar bir-birini qısqanırdılar, səs-küylə münasibətlərinə aydınlıq gətirirdilər, lakin sonra ehtirasla gecə qol-boyun olaraq barışırdılar. Ava ana olmaq istəyirdi, amma hamiləlik vaxtından əvvəl sona çatdı. Bundan sonra o, dərin depressiyaya qərq oldu. O, bu nikaha çox ümid bəsləyirdi, sabitlik və ailə səadəti istəyirdi. Amma “bu quduz italiyalı ilə sabitlik və ailə səadəti” mümkündürmü?!

15

Frenki çox içirdi, gündə bir neçə dəfə həyat yoldaşına zəng vururdu, ona məhəbbətini izhar edirdi, bir dəqiqə sonra isə savaşır və onu təhqir edirdi. Belə mübtəlalıq əbədi gərginlikdə saxlaya bilməz – bu cür səviyyədə ehtiras, təəssüf ki, zamanla sınağa dözmür.

Sinatra xəfiyyə tutur ki, Avanın pərəstişkarlarından məlumatı olsun, o isə növbəti çəkilişlərdən sonra bildirir ki, belə nikahdan təngə gəlib və... əsəblərini müalicə etdirmək üçün İspaniyaya yola düşür. Madriddə Ava toreadora aşiq olur və Frenk növbəti dəfə yeni albomunu yazdırması münasibəti ilə öyünmək üçün zəng vurduqda, Qardner başqasını sevdiyi üçün onu tərk etmək məcburiyyətində qaldığını söyləyir.

...Onlar 1957-ci ildə ayrılırlar. Sinatranın xahişi ilə boşanma haqqında ilk müraciəti Qardner edir. Frenk isə bir neçə il sonra özündən 30 yaş kiçik gənc aktrisa Mia Ferrou ilə evlənir. Toy ərəfəsində Sinatra Qardnerə zəng vuraraq etiraf etdi ki, o, onun yeganə məhəbbəti olub və elə də qalır. 

16

Avanın isə yenə romanları oldu, lakin o, artıq ərə getmədi. Həyatının son illərini Qardner Londonda, səs-küylü toplantılardan və ispaniyalı yaraşıqlı toreodorlardan uzaqda yaşadı. 1986-cı ildə aktrisa iki insult keçirdi, nəticədə qismən iflic oldu və yatağa məhkum oldu. Onun on minlərlə dollar təşkil edən tibbi hesablarını... Frenk ödəyirdi. 

1990-cı ildə Qardner 67 yaşında pnevmoniyadan vəfat etdi. Sinatra ondan 8 il çox yaşadı və 4-cü arvadı, Barbara Marksın qollarında dünyasını dəyişdi. Lakin əfsanələrin özlərinə məxsus qanunları var: sonrakı nəsillərin və pərəstişkarların yaddaşlarında parlaq sarışınla qol-qola gedən zabitəli qoca deyil, yalnız təkrarsız tərzdə həyat haqqında oxumağı bacaran deyil (bir daha “My Way”ı dinləməyə dəvət edirəm), həm də “dünyanın ən gözəl qadınını sevməyi” bacaran coşqun, sərt italiyalı kimi qaldı...   

 

 

Arçil Bejanişvili