GENİŞ YUMULMUŞ GÖZLƏRLƏ...

“Mən cəhənnəmdə idim və oradan xilas oldum”, - çox illər sonra o, etiraf edəcək hər kəs buna çox təəccüblənəcək: bu əsl xəbərdir! Axı onlar Hollivudun ən gözəl və uğurlu cütlüklərindən biridir – Avstraliyalı qıvrımsaç Kidman və yaraşıqlı ulduz Kruz – illərlə ətraftakılar üçün tamamilə xoşbəxt ailə illuziyası yaradıblar. Onlar tanış olanda Tom Kruz artıq Oskara sahib idi. “İldırım günləri” filminin rejissoru Toni Skott o zaman təzəliklə iyirmi üç yaşı tamam olmuş Nikol Kidmanın gələcəkdə ulduz aktrisa olacağını vəd etmişdi. Şaiyələrə görə Tom Kruzun kürən gözəlin həkim Kler Levitski roluna seçilməsində böyük rolu olub.

screen_shot_2017-03-16_at_15.55.16

Tək, lakin alovlu ehtiras

Onlar anidən, ilk görüşdən bir birinə vurulduqlarını dəfələrlə söyləyirdilər. Lakin mütəmadi olaraq mətbuatda işıqlanan və bununla da Piar-fəndlərə aldanmış tamaşaçılarda səmimi sevinc yaradan bu sevgi romanının ilk illərindən başqa tərzdə nəşrlər də dərc olundu – guya ki, Tom qeyri-ənənəvi oriyentasiyaya malikdir və birinci arvadı Mimi Rodjerslə buna səbəbə görə boşanıb. Yüksəlməkdə olan Kidman isə adının kübar dairələrdə hallanması üçün Tomla saxta nikaha girməyə hazır idi. Nikol və Tom, bu xəbərləri təkzib etməyə vaxt sərf etmədən, qəzeti dərhal məhkəməyə verdilər və qazandılar.

Həqiqətən də, onların nikahı camaatı əyləndirmək üçün uydurulan bir şəklə bənzəmirdi. Tom öz həyat yoldaşına çox bahalı hədiyyələr edirdi. Təkcə “Billi Batgeyt” filminin çəkilişi üçün ona hədiyyə etdiyi mərmər döşəməli və möhtəşəm gözəllikdə mebellə təhciz olunmuş treyler nəyə desən dəyərdi. “Mən istəyirəm ki, Nikin istrahət etməyə yeri olsun!”- fotokameraların işıqları altında bəmbəyaz təbəssümü ilə gülümsəyərək Tom deyərdi. Dəyərli həyat yoldaşına növbəti hədiyyəsi şəxsi təyyarə oldu… Təbii ki, Hollivudun ən yüksək ödənişli qonorarına sahib olan aktyorlarından biri olması, ona sevdiyi qadına belə hədiyyələr etməyə imkan verirdi.

screen_shot_2017-03-16_at_15.55.46

Müqayisəedilməz uğur

Lakin yenə də Tom Kruz kimi ulduzun yanında olmaq asan deyildi. Yalnız 2014-cü ildə, boşandıqdan 13 il sonra, Nikol ilk dəfə GQ (Gentlemen’s Quarterly) jurnalına etiraf etdi: “Onun yanında olanda ona layiq olmamaq və Tom Kruzun yoldaşı olmaqda bəxtinin gətirməsini sanmaq hissləri məni tərk etmirdi!”. Həqiqətən də, Kidman və Kruzun uğurları müqayisəedilməzdir: aktrisa nə qədər məşhur olsa da, yoldaşının aldığı qonorara müvəffəq ola bilmədi. Ehtimal etmək olar ki, milyonlarla qadın pərəstişkarı olan Kruz öz yoldaşına təkəbbürlü və ya laqeyidliklə yanaşırdı, bu isə, təbii ki, istedadlı Nikola çox ağır gəlirdi. Nə vaxt ki, Nikol müəyyən zirvələrə nail olurdu, onda Tom dərhal öz üstünlüyünü sübut edirdi. Lakin inadkar kürən avstraliyalı ona güzəştə getməyi düşünmürdü. Yoldaşının ən çətin və təhlükəli hərəkətləri dublyorsuz özünün yerinə yetirdiyini bildiyindən, o ekstremal idman növü ilə məşğul olmağa başlamışdı.

Nikolun Gündəliyi

Nikolun sözlərinə görə, Kruz təkmilləşmiş manipulyator idi, onun kompleks və emosiyaları ilə oynamağı xoşlayırdı. Aktrisa üçün ən əzablısı isə, onların heç cür dünyaya uşaq gətirə bilməməsi idi. 1992-ci ildə cütlük İzabella Jeyn adlı qızı övladlığa götürdü, 3 il sonra isə ailəyə daha bir oğlan övladı Konnor Entoni daxil oldu. Ancaq Kidman hamilə qalmaq ümidini itirmirdi.

Uzun müddət o öz qorxu və şübhələrini gizlincə gündəliyə yazırdı. Bir gün Tom onun qaranlıq üzünü açan, yoldaşını ələ saldığı və manipulyasiya etdiyi barədə yazıları tapır və onu psixiatriya xəstəxanasına göndərməklə hədələyir. Gündəliyi isə sadəcə məhv edir...

screen_shot_2017-03-16_at_15.54.35

Kubrikin Təsiri

1998-ci il cütlük üçün həlledici oldu. Məhz çoxillik fasilədən sonra Stenli Kubrik “Geniş yumulmuş gözlərlə” filminin üzərində işləməyi bərpa etmək qərarına gəldi. Nikol və Tom, rejissorun lazım bildiyi müddətin nə qədər çox olmasından aslı olmayaraq, çəkilişlərdə iştirak etmələrini məcbur edən açıq müqavilə imzaladılar. Kubrik tərəfindən yaradılmış aktyorlardan maksimal dərəcədə öz rollarına öyrəşməyi tələb edən ciddi psixoloji iş onların birdəfəlik ayrılmalarına səbəb oldu. Öz personajlarının obrazına girdikcə, şəxsi həyatlarını dərindən təhlil edirdilər, nələri əldə etdikləri və nələri itirdikləri barədə düşünürdülər.

Film 1999-cu ildə Kubrikin ölümündən sonra nümayiş olundu. Studiyanın işçilərinin dediklərinə görə o, montaj işlərini bitirməyə müvəffəq olmuşdu. Lakin rejissoru yaxından tanıyanlar etiraz edirdilər: Stenli Kubrik dəfələrlə kanvanı və süjet xəttini dəyişərək montaj işlərinə qayıdanlardan idi.

İkisinin sirri

1999-cu ildə filmin premyerasından sonra cütlük ayrılmaq qərarı verir. Elə onda Nikol bətnindəki uşağı itirir. Nikolun hamiləliyi ilə Tomun heç bir əlaqəsi yox idi, o zaman aktrisa öz Avstraliadaki doğmaları ilə yaşayırdı. Onların nikahının tam on il olmağına bir ay qalmış Tom boşanmaq qərarı verir. Bu qərar Nikol üçün aydın səmada göy gurultusu kimi oldu. Çünki əgər Tom qərarı bir az gec rəsmiləşdirsə idi, ər-arvad əmlak bölgüsü həyata keçirməli olacaqdılar – yəni təxmini 450 milyon dollar: Sidneydə, Los-Ancelesdə, Koloradoda, İspaniyada – bir sözlə bütün dünya üzrə sahib olduqları evlər, bank hesablarında 250 milyon dollar, okean yaxtası, toplam qiyməti 30 milyon dollarlıq üç ədəd təyyarə və sair... Bu onların ortaq qərarı idimi? Yoxsa ehtiyatlı Tom, öz qazancını yoldaşının qazancı ilə müqayisə edib, çox ağır zəhmətlə qazandıqlarını onunla bölməmək qərarına gəldi? Bu suala on beş ildən çoxdur ki, heç bir tərəf cavab verməyib.

screen_shot_2017-03-16_at_15.56.07

Sayentologiyanın kölgəsi altında

“Geniş yumulmuş gözlərlə” filmində Kruzun canlandırdığı qəhrəmanın düşdüyü sirli klub sayentoloqların cəmiyyətinə bənzəyib-bənzəmədiyi məlum deyil. Məlum olan odur ki, Kidmanla Kruzun ayrılmaqlarında öz rolunu nəinki dini, daha çox elmi-fəlsəfi nəzəriyyə olan sayentologiya böyük oynadı. Bəzi ölkələrdə sayentologiya totalitar sekta kimi təhlükəli və qanuna zidd sayılır. Ron Habbard tərəfindən yaradılmış bir çox digər təşkilatlar kimi “Sayentologiya kilsəsi” də varlı və məşhur ziyarətçilərindən alınan küllü miqdarda pul ianələrini alqışlayır, Kruz səviyyəsində ulduzlar isə ildə ən azı 2,5 milyon dollar köçürməyə məcburdurlar. Nikol Kidman uşaqlarının sayentologiya ideyaları ilə tərbiyə almalarına qətiyyən qarşı idi və onları katolik kilsəsinə vermək fikrində idi. Bir versiyaya görə cütlüyün münaqişələrinin başlanğıc səbəbi də elə bu idi. Düzdür, Kruzun özü boşandıqdan 15 il sonra sayentologiyadan ayrıldığını elan etmişdi. Yeri gəlmişkən, çox böyük kompensasiya verdikdən sonra.

screen_shot_2017-03-16_at_15.54.49

Həyat bir sınaqdır

Bu gün Nikol Kidman kantri müğənnisi Kit Urban ilə xoşbəxt ailə həyatı sürür. Cütlüyün iki qızı: Sadney Rouz və Feyt Marqaret dünyaya göz açdı. Kruzun da 6 ilə yaxın yaşadığı aktrisa Keti Xolmsdan, bütün internetə məhşur olan kiçik gözəl Suri adlı qızı var.

Xolmsla boşandıqdan dərhal sonra bir televiziya proqramında Tom: “Həyat bir sınaqdır. Sizin 50 yaşınız var və siz fikirləşirsiniz ki, hər şey öz qaydasındadır. Amma birdən gözləmədiyiniz yerdən zərbə alırsınız... Bəli, həyat belədir” deyərək ürəyini açmışdı. Amma yenə də... “Cəhənnəmdə keçən illər” adlı qalmaqallı etirafından sonra, bir müsahibədə Nikol Kidman bu sözləri etiraf edib: “Tom hələ də mənim üçün əhəmiyyətli insandır, və ürəyimdəki sevginin bir hissəsi daim ona aid olacaq”.

 

Mətn: Nata Osmanlı / Foto: PRЕSS-Materiallar