Kann festivalının proqramı

70-ci Kann festivalının təşkilatçıları 2017-ci ildə nümayişlərin proqramını açıqladılar.

59352_0

Festival Arno Depleşenin “İsmayılın kabusları” müsabiqə filmi ilə açılacaq. Filmdə Marion Kotiyar, Şarlotta Qensbur və Lui Qarrel çəkiliblər.

Kannda eyni zamanda  Kristen Stüart in "Come Swim"  ikinci qısa filmi nümayiş olunacaq. Həmçinin, məlum oldu ki, Kannda Devid Linçin "Twin Peaks"in üçüncü mövsümün iki bölümün premyerası baş tutacaq. Film festivalı 17 may - 28 may tarixləri arası Fransada keçiriləcək, jüriyə Pedro  Almodovar rəhbərlik edəcək. Əsas müsabiqəyə 18 film daxildir.

1480214406

Müsabiqənin əsas proqramı:

 “Sevgisizlik” (Loveless) Rejissor Andrey Zvaginsev

“Yaxşı vaxtlar”  (Good Time), Rejissorlar Ben Safdi, Coşua Safdi

 “Sən heç vaxt burada olmamısan” (You Were Never Really Here), Rejissor Linn Remsi

 “İkiqat sevgili” (L'amant double), Rejissor Fransua Ozon,

 “Yupiterin peyki” (Jupiter's Moon), Rejissor Kornel Mundruso

 “Qısa” (A Gentle Creature) Rejissor Sergey Loznitsa

 “Müqəddəs maralın qətli” (The Killing of a Sacred Deer), Rejissor Yorqos Lantimos

 “Şəfəq” (Hikari), Rejissor Naomi Kavase

 “Növbəti gün” (The day after), Rejissor Hon San-Su

 “Qəzəbli” (Redoutable), Rejissor Mişel Xazanaviçus

 “Möcüzələrlə dolu dünya” (Wonderstrukc), Rejissor Todd Heyns

“Xoşbəxt sonluq, Avstriya” (Happy end), Rejissor Mixail Haneke

 “Roden” (Roden), Rejissor Jak Duayon

 “Başdan çıxarılan” (The Beguiled), Rejissor Sofiya Koppola

 “Okça” (Okja), Rejissor Pon Cun-Xo

(Aus dem Nichts), Rejissor Fatih Akın

 “Mayrovis ailəsinin tairxçəsi” (The Meyerowits stories), Rejissor Noa Baumbak

“Dəqiqədə 120 zərbə” (120 battement par minute), Rejissor Robin Kampillo