"BOULEVARD HOTEL BAKU"-DA TOY SƏRGİSİ

Paytaxtımızda nigah mərasimini keçirmək üçün ən gözəl məkanlardan biri "Boulevard Hotel Baku" otelində sevən cütlüklərin xəyallarındakı toy mərasimini keçirməyə ilhamlandıran və hətta uzun xoşbəxt ailə həyatının təmələni qoymağa kömək edən unikal toy sərgisi açılıb.

_b6c9668

_b6c9738

Burada nigah mərasimini planlaşdırmaq üçün ən kiçik detallara belə diqqət yetirərək seçmək imkanınız var: libas (axı bu çox vacibdir!), toy avtomobili, fotoqraf, dekorasiya, tort, musiqi və s. Bununla bitmir! Təşkilatçılar, toy sərgisindən istənilən gözləntiləri aşmağa və evlənmək istəyənlərin düşündüyü hər bir şeyi - mənzildən tutmuş mebelə qədər, bal ayında romantik gəzintidən hamiləlik planına və gələcək anaların düzgün qidalanmasına qədər - bir məkanda toplamağa qərar veriblər.

Tanınmış toy fotoqraflarının sərgisi bütün gün ərzində açıq olacaq. Onların hər biri bir çox qızların ən şirin arzularını təcəssüm etdirən 10-20 ədəd romantik, sehrli fotolarını təqdim edəcək.​

_b6c9718

"Boulevard Hotel Baku" otelində keçirilən toy sərgisi həyatınızda yeni bir səhifənin başlanmasına kömək etmək üçün nəzərdə tutulub.

Qaçırmayın! Sərgini yalnız bu gün – 29 iyun 9:00-dan 21:00-a qədər ziyarət edə bilərsiniz!