Lilium Aviation Alman şirkəti vertikal uçuşlu və enişli, tamamilə elektrikli Liliuç Jet uçan avtomobilinin nümunəsini sınaqdan keçirib.
Lilium Jet avtomobilinin uçuşu və enişi vertikal şəkildə həyata keçir, buna görə də ona enmə zolağı lazım deyil, sadəcə vertolyot ölçüsündə kiçik bir meydança kifayət edir. Uçan aparat 36 reaktiv mühərriklə təchiz olunub.
Minimal tələblərin sayəsində aparatın qiymətini adi maşınla müqayisə etmək olar, lakin təyyarənin sürəti beş dəfə daha çoxdur - maksimal sürət saatda 300 km, məsafəsi 300 km təşkil edir.
Təyyarə, iki nəfər üçün nəzərdə tutulub, lakin beş sərnişin tutumuna qədər artırılmağı planlaşdırır. İstehsalçının sözlərinə görə, bu cür nəqliyyat böyük şəhərlərin magistralını boşaltmağa kömək edəcək. Onun taksi kimi istifadə edilmək ehtimalı da var.
Nəqliyyat elektrik enerjisi ilə çalışır və adi hava aparatlarından 90%-dək daha az enerji sərf edir. Təyyarədə quraşdırılan batareyalar elektrokarlardakı Tesla batareyalarına uyğundur.