Tesla və SpaceX rəhbəri milyarder Ilon Mask yeni nəqliyyat vasitəsinin layihəsini təqdim edib.
Yeraltı tunellərdə hərəkət edə və insanları daşıya bilən pilotsuz sürülən elektrikli avtobus – Maskın daha bir şirkəti olan "The Boring Company" tərəfindən layihələndirilmişdir. Şirkət bu ilin əvvəlində çoxmilyonlu Los Angelesin yollarının yeni innovativ şəbəkə layihəsini təqdim etmişdir. İdeya ondan ibarətdir ki, maşınlar liftlər vasitəsilə yeraltına ensinlər və sonra şəhər altında xüsusi platformalarda hərəkət etsinlər. Yeni layihə məhz ictimai nəqliyyatdan istifadə etmək istəyənlər üçün hazırlanmışdır.
Şüşəli geniş sərnişin salonu olan pilotsuz elektrobuslar sürəti saatda 200km-ə qədər artıraraq tunellərdə hərəkət edəcək.