Bu gecə Nyu-Yorkda, Metropolitan İncəsənət Muzeyində ilin əsas moda tədbiri - Kostyum İnstitutu Met Gala 2017 keçirildi.
"Met Gala"nın Qırmızı xalçası ulduzlara cəsarətli eksperimentlər aparmaq və praktik olmayan haute couture geyimlərini göstərmək üçün səbəb verir.
Balın "dress code"u hər il sərginin mövzusu ilə müəyyən edilir. 2015-ci ilin mövzusu Çin olmuşdu, ötən il isə - texnologiyalar. Bu il, 1983-cü ildən bu günədək ilk dəfə sərgi fəaliyyət göstərən bir dizaynerə və onun brendinə - Rey Kavakuboya və "Comme des Garçons"-a həsr olunacaq.
"Met Gala"-nı ziyarət edən Rihanna və Farrell Villiams avanqard Yapon dizaynerinin geyimlərini seçmək qərarına gəldilər. Digərləri isə verilən mövzu üzərində improvizə etmişdilər.