PARAMOUNT ŞƏBƏKƏSİNİN İLK OTELİ

13 may tarixində yeni THE BODRUM by Paramount Hotels & Resorts   otelinin təntənəli açılışı oldu. Açılışda bütün dünyadan məşhurlar, o cümlədən, Hollivud ulduzu Nicole Kidman iştirak edib.

Çoxsaylı əfsanəvi filmlərin istehsalçısı Paramount film şirkəti fəaliyyət sahəsini genişləndirərək Paramount Hotels & Resorts otel qrupunu yaradır.

İlk otel Türkiyənin Ege dənizinin sahilində, Bodrumda yerləşir və 100.000m2-dən çox ərazini əhatə edir. Yaxın hava limanına cəmi 25 km məsafədə yerləşən kurort şam ağaclarından ibarət meşələrlə və inanılmaz gözəllikdə təbiətlə əhatə olunur. Otel həmçinin həqiqi dənizçilərin maraqlarını nəzərə alaraq, qonaqlar üçün fərdi park yerləri təklif edir. Şirkət Los Anсelesdə, Dohada, Dubayda və Ər-Riyadda otel açmağı planlaşdırır.

"Paramount Hotels & Resorts" -də CEO vəzifəsində çalışan Tomas van Vlit açılışı ziyarət edərək şirkətin planlarında ruh yüksəkliyi olduğunu bildirib: "Bodrum Avropada əsas istirahət məkanı kimi özünü tanıdıb və mən əminəm ki, regionda Hollivudun qlamur elementlərini əks etdirən bizim otelimiz kimi lüks otelin olması onun liderlik mövqeyini  daha da gücləndirəcək".

Tədbir, 1920-ci illərin "Hollivudun Qızıl dövrü" olan qlamur mühitinə uyğun keçirilib. Qonaqlar yüngül caz musiqisi ilə əyləndirilib, gecənin aparıcıları isə aktrisa Layla Bin Halif və televiziya ulduzu Pyer Rabat idi. Yeməklərə görə aşpaz Massiliano Sperli məsuliyyət daşıyırdı, o, gecə üçün Kaliforniya mətbəxini seçmişdi. Gecənin əsas ulduzu isə, əlbəttə ki, ecazkar Nikol Kidman idi.

Tədbir rəngarəng atəşfəşanlıqdan sonra DJ-lərin hərarətli çıxışları ilə davam edib.