TARİXİN QORUYUCULARI

Azərbaycanımız qədimdən bəri ən mühüm ticarət yollarının kəsişdiyi, torpağı isə təbii sərvətlər ilə həmişə bol olan, bəxtiyar bir ölkədir. Fatehlər üçün dadlı tikə, yaradıcı fikirlər üçün hüdudsuz meydan, qədim mədəniyyətin zəngin xəzinəsi...Vətəni ürəkdən sevmək üçün onun tarixini dərindən bilməlisən. Bunun üçün misli-bərabəri olmayan irsin dinməz qoruyucuları - memarlıq abidələri mövcuddur.

Qutlu Musa Türbəsi

screen_shot_2017-05-25_at_16.28.20

Elxanilər dövrünün bu qiymətli memarlıq abidəsi qala tipli məqbərələr nümunəsidir və Ağdamın Xaçın Turbətli kəndində yerləşir. Məqbərəyə girişin üzərində: “Bu qala, böyük Allahdan mərhəmət diləyən, mərhum Qutlu Hacı Musa oğluna məxsusdur. Usta Şahbənzərin işi” yazılıb. Ona əsasən, məqbərənin tikintisi 700 ildən bir az çox əvvəl - 15 iyul 1314-cü ildə bitmişdr. İnşaatda sarımtıl rəngli əhəngdaşından istifadə olunub. Məqbərə alçaq üç tipli podiumdan, 12 tərəfli prizmavari korpusdan və çadır formasında piramidaşəkilli günbəz örtükdən ibarətdir. Binanın doqquz tərəfində taxçalar, şimal, qərb və şərq tərəflərində isə giriş qapıları yerləşir. Məqbərənin bədii və konstruktiv cəhətdən interyerinin yüksək səviyyədə yerinə yetirilməsi, Şahbənzərin böyük istedadının və təcrübəsinin olduğunu təsdiqləyir.

1993-cü ildə Ağdamın işğalından sonra, məqbərənin divarlarındakı şəkillər və daşların üzərindəki yazılar ermənilər tərəfindən silinib, yerinə isə kiçik xaçlar və erməni yazıları həkk olunub.

Nüşabə Qalası. Bərdə

screen_shot_2017-05-25_at_16.57.54

Bərdə şəhərində yerləşən Nüşabə Qalası (“Allah-Allah Türbəsi kimi də məşhurdur ”), orta əsrlər Azərbaycan memarlığının mühüm abidələrindən biri hesab edilir. Şimal girişin üzərində yerləşən yazı, abidənin 1322-ci ildə, memar Əhməd ibn Əyyub Əl Xafiz tərəfindən ucaldıldığı haqqında xəbər verir. Məqbərənin korpusunun zahiri diametri 10 metr, salamat qalan hissəsinin hündürlüyü isə 14 metr təşkil edir. Divarlar sadə və minalanmış kərpic ilə fiqurlu şəkildə üzlənib: sadə (qırmızı) kərpiclər üfüqi, minalanmış kərpiclər isə şaquli şəkildə düzülüb.

screen_shot_2017-05-25_at_16.58.42

Türbə, bir neçə dəfə təkrarlanan “Allah” sözünü əks etdirən, firuzəli minadan ornament naxışları ilə səxavətlə bəzədilib.

Qanlı Körpü

screen_shot_2017-05-25_at_16.30.18

Azərbaycanın qədimi yaşayış məskənlərindən biri Gədəbəydir. Onun ərazisində bir neçə alaqapılı körpülər var. Bunlardan biri Düzyurd və Çalburun kəndələrinin yaxınlığında yerləşən, yeddi alaqapısı olan “Qanlı Körpü”dür. XIX əsrin ortalarında məşhur alman sahibkarları Siemens qardaşları körpü (Belelübskinin layihəsi əsasında) və o dövrdə Çar Rusiyanısında əridilən misin dördə bir hissəsini istehsal edən, iki misəritmə zavodu inşa etdirmişdilər. Körpüyə “qanlı” adı bədbəxt hadisəyə görə verildiyi hesab olunur: 1865 ildə, mis mədənindən qayıdan işçilərlə dolu olan qatar, bu körpüdən aşıb. Adının “qanlı” olmasının digər səbəbi isə onun yerli qırmızı daşdan tikilməsidir.

Çıraq Qala

screen_shot_2017-05-25_at_17.01.51

Vaxtilə Azərbaycanda Böyük Çin Səddinə bənzər əzəmətli bir sədd dururdu. Bu sədd dənizdən başlayıb, yüzlərlə kilometr uzanırdı və düzənliyi aşaraq dağlara qalxırdı, 1246 metr hündürlüyündə əzəmətli keşikçi Çıraq Qalası ilə tamamlanırdı. Onun yerləşdiyi yer böyük ərazini müşahidə etmək imkanı yaradırdı. Qalada yandırılan alovlarla yerli sakinləri hücum təhlükəsi haqqında xəbərdar etmək mümkün idi. Düşmən hücumları zamanı qalada 800 ailə gizlənə bilərdi. Çıraq Qala, tamamilə yaşıllığa qərq olan Dəvəçi (hal-hazırda Şabran) şəhərinin ətrafında yerləşirdi. Divarlarlarının qalınlığı 2 metrdən 6 metrə qədər olan, 13 qaladan ibarət idi.

Sumuq Qala - “Sümük Qala”

screen_shot_2017-05-25_at_16.48.45

Bu gözəl, müdafiə qalası XVII-XVIII əsrlərdə inşa olunmuşdu. Qax rayonunun İlisu kəndində, Kürmük çayının sol sahilində yerləşir. Vaxtilə buradan Dağıstandan başlayan, ticari və hərbi əhəmiyyət daşıyan qədim yol keçirdi. Qalanın tikintisində çay daşı, bişmiş kərpic və əhəng daşından istifadə olunmuşdu. Planda o, kvadrat şəklindədir, bir az yuxarıya tərəf daralır. Bünövrədə qoyulan daşların qalınlığı 70-80 sm, üst mərtəbələrdə isə 60-70 sm-dir. Sumuq Qalanın inşa olunması, İlisu sultanının yüksəliş dövrünə təsadüf edir. İlk başlarda qala yalnız müdafiə məqsədi ilə istifadə olunurdu, lakin sonra isə orada yaşamaq da mümkün idi, bunu böyük pəncərələrin olması sübut edir. Hal-hazırda qalada muzey fəaliyyət gösərir.

Qarabağlar Türbəsi.

screen_shot_2017-05-25_at_16.26.33

UNESCO-nun Ümumdünya irsi obyektləri siyahısına salınan memarlıq abidəsidir. İri lövhəli daşlar ilə üzlənmiş bünövrədə Qurandan olan yazıları əks etdirən qirift ornamentindən naxışlı xalça ilə örtülmüş, dairəvi məqbərənin korpusu dayanıb. Keçid ilə birləşmiş, iki minarə də qorunub saxlanılmışdır. Orijinal düzmə şəklində hörülmüş kərpiclər getdikcə bir minarədə başlayıb digərində bitən, üzərində ərəbcə yazıların olduğu enli qurşağa çevrilir. İnşaat texnikası və üslübü məqbərənin Abu Səid Bahadur xanın padşahlıq dövrünə (1319-1335), minarələrin isə XII əsrə təsadüf etdiyini deməyə imkan verir.

screen_shot_2017-05-25_at_16.26.59

Qırmızı körpü

screen_shot_2017-05-25_at_16.38.04

Tikildiyi kərpicin rənginə görə adlandırılıb. Həmçinin “Sınıq körpü” kimi də məşhurdur. Hal hazırda Cənubi Qafqazın iki dövləti – Azərbaycan və Gürcüstan arasındakı sərhədyanı neytral zolaqdır. Uzunluğu 175 metr qədər, yolun hərəkət hissəsinin eni 4.3 metr, girişlərdə 12.4 metrdir. Bir vaxtlar körpü yalnız çayın iki sahilini birləşdirmirdi, o həm də karvan yolçularının gecələyə biləcəyi, sahəsi 270 m2-dən çox olan bir dayanacaq idi.Bəzi alimlər körpünün XI-XII əsrlərdə tikildiyini, digərləri isə daha qədim olduğunu iddia edirlər. Üçüncü versiya da var: XII əsrdə, qalıqları çayın 95 metr aşağısında saxlanılan əvvəlki körpünün əvəzinə tikilib.

Möminə Xatun türbəsi

screen_shot_2017-05-25_at_16.29.24

Təqribən 900 il əvvəl Naxçıvanda memarlıq məktəbinin banisi memar Əcəmi ibn Əbubəkr Naxçıvani yaşayıb yaradırdı. Onun ən dəyərli əsərlərindən biri olan və bu günə kimi qorunub saxlanılan, həmçinin “Atabəy Günbəzi” kimi də tanınan Möminə Xatun türbəsidir. Keçidin üstündə: "Naxçıvan memarı Əbu Bəkrin oğlu Əcəmi tikmişdir" kitabəsi qorunub saxlanılmışdır. Abidənin digər kitabəsində isə onun Atabəy Cahan Pəhləvan tərəfindən 1186-cı ilin aprel ayında öz anası Möminə Xatun üçün tikdirdiyi məlumatı vardır. Tarixçilər və memarlar məqbərənin başlanğıcda çadırı xatırladan hündür günbəzlə tamamlandığını müəyyən etmişlər; günbəzi nəzərə alsaq türbənin hündürlüyü 34 metrdir, beləliklə, o, Qız Qalası və Azərbaycanın orta əsrlərdəki bütün digər məqbərələrindən daha uca idi. Türbə mürəkkəb həndəsi ornamentlə bəzənmiş və Qurandan yazılar ilə haşiyələnmişdir. Möminə xatunun şərəfinə tikilmiş türbənin altında onun qəbri yerləşir. Ən maraqlısı isə odur ki, bu otağa heç bir giriş mövcud deyildir.

screen_shot_2017-05-25_at_16.53.01

Nardaran qəsri

screen_shot_2017-05-25_at_16.30.51

Nardaran qalası – Abşeronda ən gözəl qalalardan biridir! Bu qəsr 700 il əvvəl, 1301-ci ildə inşa edilmiş və bacaları olan yüksək daş divarla əhatələnmiş, mərkəzində dairəvi bürclü- qüllə (hündürlüyü 12 metr) olan böyük dördkünc həyətdən ibarətdir. Həyətin ətrafındakı divarların hər birinin uzunluğu təxminən 25 metr, hündürlüyü isə 5 metrdir. Baş qala üç mərtəbəyə bölünmüşdür. Birinci səviyyədə qalanın içində yerləşən, döşəmədə, dərin su quyusuna aparan keçid var. Qalanın ikinci yarusu sakinlər üçün düşmən mühasirəsində gizlənmə yeri kimi xidmət göstərirdi. Xarici dayaq divarların qalınlığı, haradasa iki metr idi.

Pirşağı hamamı 

screen_shot_2017-05-25_at_16.32.40

Şərqdə bütün zamanlarda çimməyə böyük önəm verirdilər. Birbaşa öz funksiyasından əlavə, hamamlar həm də ünsiyyət yeri kimi fəaliyyət göstərirdi. Burada xəbər mübadiləsi aparılır, sazişlər bağlanılır və hətta idman yarışları keçirilirdi! “Qum hamamı” XIX əsrin axırlarında, Pirşağı kəndinin sakini Şahverdi tərəfindən inşa edilmişdir. Soyunma otağı və çimmə zalı günbəzin zirvəsində yerləşən və eyni zamanda havalandırma rolunu oynayan deşiklərdə yerləşən fənərlərlə işıqlanırdı. Azərbaycanın digər qədim hamamları kimi, “Qum hamamı” da qaynar su sərfiyyatını tənzimləməyə kömək edən suyun hərarətini qaynar saxlamaq üçün lazım olan primitiv sistemlər ilə təchiz olunmuşdu.

Ramana Qalası

screen_shot_2017-05-25_at_16.47.28

Qalanın yeri yaxınlaşmanı çətinləşdirən sıldırım yamaclarda çox uğurlu seçilib. Ehtimal edilir ki, qala XII-XIII əsrlərdə tikilib. Mərkəzi qüllə (Sahəsi 9x7.5 m., ilkin hündürlüyü müəyyən edilməyib) künclərdə yarım qüllələrlə təchiz olunmuş və dörd yarusa bölünmüşdür: birinci və axırıncı daş qübbələrlə, aradakı ikisinin üzəri isə taxta (qalmamışdır) örtüklə bağlanmışdır. Abidənin birinci mərtəbəsi yalnız bir girişdən, növbəti mərtəblər isə daha çox işıqlanma üçün düşünülmüş mazğala bənzər dəliklərdən ibarətdir.

Qalanın dağılmamış üst hissəsi onun vaxtilə bacalı kəmər ilə tamamlandığını göstərir. Qayada oyulmuş və ərzaq ehtiyatlarının saxlanılması üçün xidmət edən dayaz quyu qalıqları da qorunub saxlanılıb.

Şuşa məscidi

screen_shot_2017-05-25_at_16.48.04

Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində 800-dən çox məscid dağıdılıb. İşğal olunmuş Şuşada möcüzə sayəsində az sayda salamat qalmış məscidlərdən biri də Gövhər Ağa məscididir. 1992-ci ildə Şuşanın erməni işğalçıları tərəfindən zəbtindən sonra məscid öz fəaliyyətini dayandırdı və hal-hazırda yarıdağılmış vəziyyətində qalıb. “Qarabağnamə”nin müəllifi tarixçi Mirzə Camalın yazılarına əsasən, məscidin inşası padşah İbrahim xanın göstərişi ilə başlamışdır. Onun tikilişi yalnız 1883-1884-cü illərdə İbrahim xanın qızı Gövhər Ağanın sərəncamı ilə memar Səfi xan Qarabaği tərəfindən başa çatdırılmışdır. 1860-cı ildə məşhur rus rəssamı Vasili Vereşagin Şuşa məscidini kətan üzərində təsvir etmişdi.

Vasiliy Vasilyeviç Vereşaqin (1842-1904) - Rus rəssamı və ədəbiyyatçısı, ən məşhur batalist-rəssamlardan biridir.

Atəşpərəstlərin məbədi - Atəşgah

screen_shot_2017-05-25_at_16.50.06

Atəşgah məbədi Bakının mərkəzindən 30 km uzaqda, Suraxanı kəndində yerləşir. O Bakıda yaşayan hindu cəmiyyəti tərəfindən inşa olunmuşdur. Lakin arxeoloqlar onun III-V əsrlərə aid olduğunu iddia edirlər. Keçmişdə burada zərdüştlərin ziyarətgahı yerləşirdi və onlar bu sönməyən oda dini mistik məna verir və sitayiş etmək üçün buranı ziyarət edirdilər. Atəşgah haqqında səyyahların 1683-cü ilə aid yazılarında qeydlər olunub. XVIII əsr ərzində bu müqəddəs yerin ətrafında, bir-birinə uyğunlaşaraq ibadətgahlar, hücrələr və karvansaraylar tikildi. Hücrələrdə devanaqari və qumruki hind yazıları ilə cızılmış yazılar görünür. XIX əsrin əvvəllərində məbəd artıq bugünki görünüşünə sahib idi.

 

MƏTN ELÇİN ƏLIİYEV İLLÜSTRASİYALAR NÜSRƏT HACIYEV