MONOCHROME: ÜSYANKARIN TÜKƏNMƏYƏN PORTRETİ

1

«LIFE» - Anton Korbeynin filmi belə adlanır və bu bayopikdə məşhur amerikan həftəlik dərci haqqında söhbət isə arada-bir düşür. Süjetin mərkəzində fotojurnalist Dennis Stokun (Robert Pattinson) və avtomobil qəzasından sonra ikona statusunu qazanmış film ulduzu Ceyms Dinin (Deyn Dehaan) həyatının iki ayı yer alır. Bəziləri üçün kimsəyə etibar etməyən romantik ipoxondrik baxışları ilə bu sarışın, nonkonformizmin simvoluna çevrilmişdir, başqaları üçün isə - daha yeni yaranan rok-mədəniyyətinin, bitnik hərəkatın, hippi fəlsəfəsinin və XX əsri heyrətləndirən digər partlayıcı hadisələrin müjdəçisi olmuşdur... Hər halda bu cəzb edən obrazın yaranmasında Ceyms Dinin sadəcə görünüşünün və dramatik istedadının təbii uyğunluğu deyil, həmçinin məhrum olunmuş ədəbazlıqlar, Dennis Stokun düzgün fotoportretləri də səbəbkardır.

1

ABŞ, Ceyms Dinin portreti, 1955

 1955-ci il gənclərin bioqrafiyasında əlamətdar oldu - Din 24 yaşında həyatı tərk etdi, Stok üçün isə bu il karyerasının dönüş nöqtəsi oldu. Kult kinoaktyor ilə olan fotoesse «LIFE» jurnalında professional mövqeyini gücləndirdi. Lakin o, fotodokumentalistikada sadəcə "həmin sərt oğlanı" faciə ərəfəsində təsvir edən fotoqraf kimi qalmadı. Dennis Stokun işləri əfsanəvi Robert Kapın diqqətini cəlb etdi, bu da öz növbəsində “Magnum Photos” agentliyinə - fotojurnalistlər üçün Ələddinin cəzbedici mağarasına dəvət demək idi. Stokun istedadı bir çox fotoşəkillərdə özünü göstərirdi, onların bəziləri isə, misal üçün, Kaliforniyada rok-festivalı zamanı onun çəkdiyi kadr, ötən əsrin ən yaxşı fotoşəkil siyahılarında yer aldı.

2

ABŞ, İndiana ştatı, Fermont, 1955

Korkovada dağının zirvəsində ucalan Məsih İsanın daş heykəli və simasız izdihamın üzərində yüksələn zərif qız fiqurunun arasında müəyyən oxşarlıqlar var. Bu qızın və narahat Ceyms Dinin portretləri arasında nə isə bir qohumluq əlaqəsi var ... Bu, Denis Stokun şərhində devrilmiş tanrıların dövründə bütün qurbanlıq quzuların obrazlarıdır... Fasiləsiz şüuraltı çalışmanın özünəməxsus sübutudur.

3

ABŞ, Kaliforniya, Rok-Festival, Venis çimərliyi, 1968

 Ceyms Dinin karyerasının yüksəlişi (hansı ki, böyük kinodan əvvəl əsasən televiziya quruluşlarında fəaliyyət göstərirdi) "Cənnətdən şərqə" - Con Steynbekin eyni adlı romanının ekranlaşdırılmış filmindən başladı. Amerikan kinoakademizm xadimi Elia Kazan tərəfindən ekranlaşdırılmış bu filmdə Din narahat Kel Trask obrazında görünür. Gənc iki dilemmanı həll etməyə çalışır: əcdadlarının xristian dəyərlərini seçsin, yoxsa "Dünyanın ən demokratik ölkəsinin" maddi tərəqqi ideyasının arxasınca getsin?

4

 ABŞ, İndiana ştatı, Fermont, 1955

Uğurlu debütun ardınca Nikolas Reyin çoxmənalı adı olan "Səbəbsiz üsyankar" novator filmi gəldi. «Ceyms Starkın əsas qəhrəmanının prototipi kim oldu? Yoxsa Cems Dinin özü?»… Dəyişilmə səviyyəsi o qədər valehedicidir ki, filmi seyr edərkən həmişə bu suallar yaranır

5

ABŞ, Kaliforniya, "Səbəbsiz üsyankar" filminin çəkilişləri, 1955

Onun növbəti və sonuncu ekran əsəri "Nəhəng" adlı üç saatlıq epik drama oldu. Burada Ceyms Din neft sənayesi sahibi Cett Rinkin çox çətin obrazını yaradıb… Adı çəkilən bütün bu filmlər nəinki aktyorluq istedadının çox yönlü olduğunu nümayiş etdirir, həmçinin xarizmatik qəhrəmanın ekran personajı ilə son dərəcə birləşdiyini göstərir.

6

ABŞ, Ceyms Dinin portreti, 1955

Amerikan kinematoqraf tarixinin səhifələrində parlaq iz qoymuş onlarla heyranedici kino aktyorları var. Həmçinin Deyn Dehaan da istisna deyil. Ceyms Dinin obrazını yaratmaq (kök yanaqlı olsa da) - onun dramatik potensialının ciddi təsdiqidir... Lakin obrazla maksimal dərəcədə bütünləşmə nümunələri təkdir. Ceyms Din bu ustalığın zirvəsinə çatmağa nail oldu. Apollonun günəşinə çatmağa və yanmağa...

7

ABŞ, İndiana ştatı, Fermont, 1955

 P.S. Dennis Stokun yaradıcılığına həsr olunmuş sənədli filmdə fotoqraf həmin faciəli günü, 1955-ci ilin sentyabr ayının otuzuncu gününü xatırlayır. Səhər vaxtı idi, - o söyləyir - Din onun evinin yanına gəldi və öz yeni Porsche 550 avtomobilində gəzməyi təklif etdi. Stok nədənsə bu gəzintidən imtina etdi...

 

Mətn: Nonna Müzəffərova