27-30 iyul tarixlərində Xəzər dənizinin sahilində Sea Breeze kurortunda "Jara-2017" musiqi festivalı keçirilib. Tədbir Azərbaycanda artıq ikinci ildir ki keçirilir və bu dəfə də tədbirdə Azərbaycan, Rusiya, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Latviya və İtaliyadan olan 80-dən çox tanınmış ifaçı iştirak edib.
Festivalın təşkilatçısı qismində müğənni və bəstəkar Emin Ağalarov (EMIN), Rusiya Federasiyasının Əməkdar artisti Qriqori Leps, "Rus Radiosu" və "Qızıl Qrammofon" mükafatlarının təsisçisi Sergey Kojevnikov çıxış edib.
4 gün ərzində konsertə gələn tamaşaçı sayı 40 min qeyd olunub. Bunun necə olduğununa bizim foto hesabatımızda baxaq.