Her Story: Xurşid xanım Vəzirova: sadiq yoldaş

O, yaz aylarında yoxsul bir ailələdə gözlərini açacaq. Atası xəstədir və bu səbəblə işləyə bilmir, qohumları dəstək göstərmir, bütün ailə ananın çiyinlərindədir. Məktəbdəki müəllim tərəfindən döyülməsinə tab gətirməyərək o, qaçacaq. Problemləri, yoxsulluğu və anasının gələcəklə bağlı ümidlərini buraxıb qaçacaq. Tərk etdiklərini unutmadan qaçacaq, amma qazanc dalınca deyil. O, oxumaq üçün qaçır. Öz gələcəyini özü qurmaq istəyir və bunu da bacaracaq.

Bakı, Peterburq və Moskva, bəxti gətirəcək və Həsən Bəy Zərdabinin tələbəsi olacaq, buraxılış imtahanlarını müvəffəqiyyətlə verdikdən və Petrovski-Razumovski Kənd Təsərrüfatı Akademiyasını bitirdikdən sonra isə Yelizavetpol quberniyasına (Gəncə) meşəbəyi vəzifəsinə təyin olunacaq.

Nəhayət, tale üzünə gülməyə başlayacaq. Bəlkə evlənim? Tam vaxtıdır!

220px-najaf_bey_vezirov

"Müsəlman Ostrovski" və Azərbaycan teatrının qurucularından biri olaraq məmur qızı ilə ailə qurur və yuxarıdakı sətirlərdə təsvir olunmuş bioqrafiyaya əsasən asanlıqla özünə həyat yoldaşı olaraq sadə bir qız deyil, dost və müttəfiq seçən bir insan obrazı yaratmaq olar.

Əlbəttə ki, tale onları əbəs yerə birləşdirmədi.

Xurşid xanım Vəzirova öz dövrünün (1868-1913) qabaqcıl maarifçilərindən biri olacaq. Bu gün bizə elə gəlir ki, o illərdə tarixə düşmək heç də çətin olmurdu. Lakin bu belə deyildi. Bir az düşündükdə, anlayırsan ki, bu qadınlar öz üzərlərinə nə qədər ağır vəzifə götürüblər. Fədakarcasına, könüllü və hər zaman başqalarına kömək əli uzadaraq. Tam təsvir etmək üçün sonsuz statistikaya girmədən bir rəqəm təqdim etmək istərdim: 1926-cı ildə (yəni Xurşid xanımın ölümündən 13 il və ilk qadın məktəbinin açılmasından əsrin dörddə birinin keçməsindən sonra) savadsızlıq 81,5% təşkil edirdi. Bu rəqəm nəinki böyükdür, bu dəhşətlidir.

xursid_xanm_vzirova

1908-ci ildə qadınlar müstəqil şəkildə Hənifə xanım Məlikovanın təşəbbüsü ilə Rübabə xanım Qasımovanın mənzilində Bakı şəhəri "Nicat" təhsil cəmiyyətinin qadın bölməsini yaradacaqlar. Xurşid Vəzirova bu yola baş vuracaq və zərif cinsin qabaqcıl nümayəndələri ilə yanaşı dərs verməyə və kütlələri maarifləndirməyə başlayacaq.

Əlbəttə ki, onun tarixdəki rolu yalnız bundan ibarət deyildi. İlk növbədə o, Nəcəf bəyin həyat yoldaşı idi, onun qələmindən isə ilk Azərbaycan faciəsi çıxıb. Nəcəf bəyin sətirlərinin bizə gəlib çatması məhz Xurşid xanımın xidmətinin nəticəsidir. "Onun hətta ən əhəmiyyətsiz işlərini belə mən göz bəbəyim kimi qoruyurdum. Ən yaxşı illərimi ona bəxş etdim, onun qayğısına qalırdım. Əgər mən olmasaydım, onun əlyazmaları çoxdan yox olmuşdu" - ölümündən bir müddət əvvəl o, belə deyəcək.

najaf_bey_vazirovNəcəf bəy Vəzirov

Xurşid xanım yoldaşının sadəcə ilk oxucusu və ən dürüst tənqidçisi deyildi, onun mətnlərinə qadın motivlərini əlavə edirdi, ona qadın psixologiyasını ötürürdü və izah edirdi. Nəcəf bəy isə cəmiyyətin ən vacib problemləri barədə yazmaqdan qorxmurdu. Misal üçün, "Qaragünlü" (1874) pyesində o, bizim qadınların hüquqsuz mövqeyindən, bütün keçməli olduğu müsibətlərdən bəhs edib, savadsızlıq və mədəniyyətsizliklə mübarizəyə çağırırdı.

Bu iki böyük insan qiymətsiz irs ilə yanaşı, ölkəmiz üçün eyni özləri kimi övladlar yetişdiriblər. Onların bir oğlu və iki qızı dünyaya gələcək, qızlardan ən böyüyü Sara xanım Vəzirova daha sonra 2-ci Rusiya müsəlman qadın məktəbinin rəhbəri olacaq. 

Mətn: Arzu Cahid