AZƏRBAYCAN ACTINSPACE KOSMİK LAYİHƏLƏR MÜSABİQƏSİNİN FİNALINDA

27 iyunda Fransada keçirilən ActInSpace beynəlxalq finalında Azərbaycan ilk dəfə qlobal problemlərin həllində öz payı üçün yarışacaq. Sooners komandası UFAZ-dan məsuliyyəti öz üzərinə götürüb və bütün dünyanın bir çox ölkələri arasında Vətənin şərəfini müdafiə edəcək.

Düz bir ay bundan öncə, 25 may tarixində ilk dəfə UFAZ ActinSpace Azerbaijan-ın regional mərhələsini keçirib. Hər hansı bir vəzifəni həll etməyə kömək edə biləcək startup layihəsi yaratmaq üçün 24 komandaya tam 24 saat təyin edildi.

"Bizim yeni 18 yaşımız oldu" - oğlanlar özləri ilə zarafat edirlər. Dəhşətli qrafik, daimi təlimlər, gənclərin oxuduğu Fransız-Azərbaycan Universitetində sessiya və əlbəttə, bir az həyəcan. Axı bu cür tədbirdə ölkəni təmsil etmək uşaq işi deyil.

Komandanın hər bir üzvü bir-biri haqqında görək nə söyləyəcək:

Nofəl Ağayarlı (kapitan)

 

Onun buraxılış imtahanında bütün 700 balı keçməsi üçün sadəcə bir neçə balı çatmadı. Biz sentyabr ayından işləyirik. Apreldə, o, müsabiqənin elanını gördükdə, bizim hamımızı eyni masa arxasına yığdı. O, hamımızdan balacadır, amma bizim kapitanımızdır. Kimsə yolunu azarsa o, mütləq onu "doğru yola" qaytaracaq. Güzəştə getməkdən qorxmur, yetər ki, hər kəs özünü kiçik ailənin bərabər üzvü hiss etsin.

Mədət Sərdarlı

Bizim ən qocamanımızdır. O, haradasa 9-cu sinifdən bu layihələrdədir. Buna görə də, birinci kurs tələbəsi olsaq da, biz bu "işdə", xüsusən də o - yeni deyilik. İndi dəbdə olduğu kimi desək Mədət anadangəlmə proyekt-menecerdir. Respublika Olimpiadasını iki dəfə qazanıb, Azərbaycanı Amerikada təmsil edib.

Rəhim Namazlı

Bizim kompüter beynimizdir. Onun Messengeri həmişə dağılır, çünki hər bir problemdə - dərhal ona yazırıq (gülürlər). O, kosmik texnologiyaya aid olan hər şeyi sevir, və budur, bizə belə bir şans verildi, biz də bundan tam dolğun istifadə etdik!

Niyazi Qədiri

 

Komandanın ən pozitiv üzvüdür! Əgər Rəhim kompüter problemlərini həll edirsə, Niyazi ümumi əhval-ruhiyyəyə, müsbətliyə və atmosferə görə məsuliyyət daşıyır! Siz bir onun xarizmasına baxın! (gülürlər)

İlkin Məmmədov


160 nömrəli məktəbi Fərqlənmə ilə bitirib. Biz bunu qeyd etməsək, inciyər (gülürlər). Gecə saat 3-də, 4-də müəyyən bir problemin həlli ilə oyanır. İlkin müşahidəçi biridir. Regional mərhələdə bizi əhatə edən insanlar, bütün şərait əlbəttə ki, onu ilhamlandırırdı.

Bəs layihənin özü nədən danışır?

Peyk vasitəsilə birbaşa kosmosdan kalibrləmə üsulunun köməyi ilə biz temperaturun çatışmazlığını 1-dən 1000-ə qədər dəqiqliklə ölçə bilərik. Bizim tərəfimizdən yaradılan "Cavite Box" cihazı sensorun həssaslığını artırır. Temperaturun dəqiq detallı ölçümü bir çox problemlərin həlli üçün lazımdır, məsələn, istixana təsiri nəticəsində qazların səviyyəsinin azalmasında və ya qlobal istiləşmədə. Peyklər, hər hansı digər avadanlıqlar kimi, illər ərzində köhnəlir. Nəticədə qırılmalar baş verir. Gələcəkdə səhvlərin olmaması üçün biz bu cür qırılmaları hesablamalıyıq. Lakin layihənin bütün detallarını açıqlaya bilmərik, çünki bütün ideyaya bütövlükdə patent alınmayıb, buna baxmayaraq bizim hüquqlarımız qorunur.

Təqdimatımızı YouTube-də yerləşdirmişik. Auditoriya mükafatını qazanmaq üçün sizin oxucuların dəstəyinə ehtiyacımız var.

Nəzrin Mirzəyeva - PR nümayəndə

Azərbaycan ilk dəfə 35-dən çox ölkəni və 70-dən çox şəhəri toplayan bu beynəlxalq müsabiqədə iştirak edib. Müsabiqənin regional mərhələsi UFAZ (Azərbaycan Dövlət Neft və Sənaye Universiteti əsasında fəaliyyət göstərən Azərbaycan-Fransız Universiteti) tərəfindən təşkil edilib. Ümumilikdə, müsabiqədə Bakının müxtəlif universitetlərindən 100-dən çox tələbə iştirak edib. Ekspertlər rəyasət heyətinə və jüriyə arasında Strasburq Universitetinin rektoru Mişel Deneken, Fransa kosmik tədqiqat mərkəzinin prezidenti Jean-Yves Legal, «Azercosmos» ASC-nin sədri Rəşad Nəbiyev və ADNSU-nun rektoru professor Mustafa Babanlının olduğu elm metrləri daxil idi. Tuluza şəhərində keçirilən finala hazırlıqda komandaya AzerCosmos və vergi və hüquqi xidmətlərin Bakı ofisinin tərəfdaşı Arzu xanım Hacıyevanın simasında Ernst&Young şirkətinin nümayəndələri böyük köməklik göstəriblər.

FOTO: ZEMFİRA KOROVİNA