Çoxları razılaşar ki, 3 il əvvəl Alessandra Mişel brendin kreativ direktoru seçildikdən sonra GUCCI yenidən canlandı. GUCCI dərhal “köhnə məktəbdən” ən dəbli brendə keçdi. Birdən-birə qırmızı təntənəli mərasim xalısının, rəsmi səhər yeməyinin, hətta dəniz sahilinin bütün simvolları GUCCI formasını aldı! Yumşaq dəri ayaqqbıların (mokasinlərin) və Marmont çantanın hər bir modabazın qarderobunda dərhal hitə və klassik əşyaya çevrildiyindən heç danışmırıq. Əgər siz GUCCI-nin ancaq şıq və əyləncə üçün olduğuna qərar verdinizsə, fikrinizi dəyişməli olacaqsınız!
Brendin prezidenti və baş direktoru Marko Bizarri bu yaxınlarda cəmiyyətə tövhə olacaq GUCCI – EQUILIBRIUM konsepsiyasını təqdim etdi. Onların sözü ilə desək, bu, “insanları və planeti ümumi bir məqsəd altında birləşdirmək üçün yaradılan elektron platformadır”. equilibrium.gucci.com saytı vasitəsilə - GUCCI-nin13 000 işçisi iş vaxtının 1%-ni könüllü təşəbbüsə sərf edərək yerli icmalarda yeni proqram haqqında məlumat ötürə biləcəklər. İşin əsas istiqaməti insanların ətraf mühitin yaxşılaşdırılması və dünyanın müxtəlif şəhərlərində innovasiyaya yatırımda birgə əməkdaşlıq təşkil etməsidir.
Bizarri qeyd edir: “Bu sınma nöqtəsidir, biz hamımız BMT-nin Qlobal Məqsədləri və Paris İqlim Razılığı təşkilatının əməkdaşlığının reallaşdırılmasında öz borcumuzu yerinə yetirəcəyik. Buna nail olmağın yeganə yolu insanların birləşməsi, ideyaların, innovasiyaların, təcrübənin paylaşılmasıdır. Gucci Equilibrium üçün biz məhz bu məqsədi seçmişik.”
Bu GUCCI-nin daha etik və ictimai-şüurlu bir təşkilata çevrilməsində heç də ilk addım deyil. Keçən ilin oktyabrında brend heç bir kolleksiyasında təbii xəzdən istifadə etməyəcəyini elan etmişdi. Heyvanları müdafiə təşkilatı bunu yüksək qiymətləndirmişdi, çünki yüksək modada xəzin və dərinin istifadəsi ən çox müzakirə olunan mövzulardandır.
GUCCI tərəfindən həyata keçirilən növbəti böyük proyekt 2013-cü ildə baş tutan Chime for Change proyektidir. Salma Hayek və Beyonce kimi nüfuzlu qadınlar tərəfindən maddi dəstək alan kampaniyanın əsas diqqəti qadın hüquqlarının müdafiəsinə, ən əsas da, siyası və maddi səbəblərdən çətinlik çəkən ölkələrdə qızların təhsillə təmin olunmasına yönləndirilmişdi. Bu buraxılışda, növbəti məqalələrimdən birində mən bu mövzu və modanın rolu haqqında diskussiya aparacam.
Son olaraq, məncə, çox yaxşıdır ki, lüks klass nəhəng brendlər sadəcə satışın həyata keçirilməsi və qlamur tədbirlər üçün məşhurların geyindirilməsi ilə məşğul olmurlar. Xüsusən də onların GUCCI kimi böyük pərəstişkar kütləsi varsa. Bundan əlavə, əgər əvvəllər siz GUCCI-dən ayaqqabı və ya çanta almağa şübhə ilə yanaşırdınızsa, indi bunun üçün böyük səbəbiniz var – bunun böyük xeyirxah əməllərə qulluq etdiyini artıq bilirsiniz.