Love is... SEVGİ HAQQINDA 13 FİLM

09

Sinematoqrafiya tarixində ilk kadrlardan biri - ixtiraçı Tomas Edisonun hərəkət edən fotoda öpücük səhnəsidir. Bu hadisə 1896-cı ildə dünya kinosunda melodram janrının yaranmasının başlanğıcı oldu. Bütün bu proses gözəlliyə və mükəmməlliyə cəhd etməyi idarə edib və bu günə qədər də edir. Dünyanın bütün xalqlarının ənənələrində sevgi ifadəsi - öpüşdür. Ancaq sevgi mövzusunu müşayiət edən çox sayda platonik proseslər var ki, bu da ürəkləri daha tez-tez döyünməyə məcbur edir və ruhumuzun ən incə simlərinə toxunur. Kino ekran isə yüzdən artıq il ərzində tamaşaçını əsl sevginin gücünə inandırmağı bacaran vasitəçi oldu! Hər yerdə mövcud olan və sonsuz hakimiyyəti yaşından, cinsindən, sinfindən, irqindən və s. asılı olmayaraq  həm yaradıcı, həm də tamaşaçı özündə hiss edə bilər. Elə dünya kinematoqrafiya tarixçəsi özü də - başdan-başa sonsuz sevgi hekayəsidir…

city_lights_tramp-meeting-blind-flower-girl-credit-roy-export-s.a.s

"Şəhərin işıqları" (City Lights) REJİSSOR CHARLES CHAPLIN, 1931. Səssiz kino dahisi sayəsində bir çox gənc sovet kino tamaşaçıları kimi həm melodram, həm də tragikomediya janrının əlifbası olan bu kinoşedevri izləyərək platonik sevginin nə olduğunu dərk etməyə başladım. Çaplin dramaturgiyasında tamaşaçı ilə davamlı dialoq qurulur. "Balaca insan" mövzusu olan bu poetik və dərin şərhli kinolent avara bir adamın kor gül satan qıza bəslədiyi qarşılıqsız sevgi hekayəsindən bəhs edir. Bu "balaca insan" xoşbəxtlik axtarır və onun daha bir gün yaşaması üçün mütləq kimisə sadə və mənasız bir məhəbbətlə sevməlidir. Və çox balaca xoşbəxtliyi ilə bütöv bir meqapolisin işıqlarını yandırmalıdır! Səliqəsiz ayaqqabıları ilə dünya ekranlarında gəzib əsasını yelləyərək bu kult "balaca insan" gülüş və göz yaşlarının arasında hətta Stalin tərəfindən sevildi.

2-anthony_quinn_theredlist

«Yol» (La Strada) REJİSSOR FEDERİCO FELLİNİ, 1954. Maestro Fellininin filmoqrafiyasında bu film “Qızıl Şir” venesiya mükafatını qazanan və "İngilis dilində olmayan ən yaxşı film" nominasiyasında "Oskara" layiq görülən ilk dünya triumfudur. Bu filmin sehri 50 ili keçib. İllər ötdükcə daha da yaxşı olan şərab kimidir. Müharibədən sonrakı İtaliyada qismət və pul axtarışında səyahət edən sərsəri sirk artistləri haqqında filmin sentimental və eyni zamanda faciəli sujetindəki qeyri-verbal sevgi. Kəndçi qəribə Celsomina və sirk pəhləvanı Dzampano bir-birilərinə yaxınlaşma yollarını tapmağa çalışırlar. Onların münasibətləri saflığın incə ipi, çarəsizliyə inam və əsl məhəbbət faciəsi ilə işlənib. Bu film maestronun üç əbədi sevimli yol yoldaşı - yol, sirk və dənizlə birlikdə yola saldığı italyan neorealizminə vida nəğməsidir.

008-morte-a-venezia-theredlist

«Venesiyada ölüm» REJİSSOR LUCHİNO VİSCONTİ, 1971. Leytmotivi XIX əsrin ikinci yarısının solğun gözəlliyinə, sanki səmadan enmiş mələk kimi varlığa, azad rəssamın məhvinə aparan dözülməz əzaba dönüşən sevgiyə həsr olunmuş himn kimi səslənən faciəvli sevgidən bəhs edən film. Tomas Mannın eyni adlı novellasının bu ekranlaşdırılması - müvəqqəti gözəllik, sevgi, gənclik və qaçınılmaz ölüm haqqında bir düşüncədir. Filmin sujeti venesiya kanalının dalğalarının tələsməyən, eyni cür şappıltısında sanki kürək çəkən qayıqçı kimi qadağan edilmiş, qarşılıqsız eyni cinsə olan sevginin günahkar mövzusuna yavaşca qərq edir. Filmin final səhnəsində qəhrəman bərbərin yanında saç boyası və qrim vasitəsi ilə süni şəkildə cavanlaşmaq istəyi ilə şeytana uyaraq faciəvi gülünc görünür. Onun sarışın gəncə olan ehtirası sanki Venesiyada ölümcül virusa tutularaq vəfat edən bəstəkarın əxlaqsız ruhunu aparan solğun mələyin xəbərçisidir...

5a32e2830082cd141ec24f34a43071fc80984d72

«Qadın və kişi» REJİSSOR CLAUDE LELOUCH, 1966-cı il. Film ən çox büdcəni 60-cı–70-ci illərin əvvəllərində məhz dissident havasının son dalğasında gedən SSRİ-də toplayıb. Avropada və ABŞ-da filmi Kann festivalının "Qızıl palma budağı" mükfatının triumf zirvəsində və "Oskar"da seyr etmişdilər, sonra isə hamı birlikdə unutdu. Bu günədək intellektuala yaxın post-sovet tamaşaçı meyxanalarda Frensis Lenin beyinə girmiş "şa-ba-da-ba-da" bek vokalı ilə birlikdə sentimental melosunu həm sifariş edir, həm də dinləyir. Sovet tamaşaçılarının gözündə sevgi melodramına qəddarlığı bir az baş qəhrəmanın həyat üçün təhlükəli, lakin oluqca romantik peşəsi - kaskadyor və xarici avtomobillərdə brend fetişlərdə avto yarışı verirdi. Leluşun özünübəyənmişliyi onunla pis oyun oynayır və o, geri qalan ömrünü bu brend sevgili cütlüyünün qəhrəmanlarından sitat gətirir və hətta rejissorun talismanları olan möhtəşəm Jean-Louis Trintignant və Anouk Aimeenin yenidən qarşılaşdığı "Kişi və qadın: 20 il sonra" orta səviyyəli sikvelini çəkir.

1359225131_73cc361420c048a82ef8c4adc7d7ae9c

«Hisslərin imperiyası» REJİSSOR NAGİSA OSHİMA, 1976. Bu erotik sevgi draması pornomədəniyyətin ən şirin bəhrəsidir. Film qadağan edilmiş və 1976-cı ildə Kann Film Festivalının müsabiqə proqramında iştirakına icazə verilməmişdir, Yaponiyada isə bu günə qədər ictimai nümayişləri qadağandır. Oshima insanın intim həyatının erotik hissəsini yüksək yaradıcılıq obyektinə təcəssüm etdirərək kino sənətinin məhdudiyyətsiz imkanlarını göstərdi. Sevgi dolu kino pərdəsi gizli hisslərin ekzistensial əsaslarını və seksual maraqlarını çılpaqlaşdırır. Məhz böyük genişformatlı ekran qucaqlaşmaları, öpüşləri, sevgililərin bədənlərini yapon miniatürlərindəki vahid od püskürən əjdahaya dönüşdürən sevgi aktını hiss etmə imkanı verir. Orijinal müəllif adı filmin bədii məzmununu olduqca dəqiq çatdırır. Korrida – arxaik rituala görə elə sevgi naminə qurban vermə aktıdır. İştirakçı şəxslərin və bədənlərin ölümcül orqazmı "sevgi korridasının" xaricində riayət olunmamış balansın nəticəsidir…

demi_moore-ghost_016a

«Ruh» REJİSSOR JERRY ZUCKER, 1990. Oh, my love! Filmin soundtrekinin gözəl melodiyasının sözləri bu günədək əsrin bir rübü sonra sevgililərin səhnə mizanında əlləri ilə gildən sevgi meyvəsini düzəltməyə çalışan məhəbbət misteriyasını yaşamağa şövq edir. Baş qəhrəmanın qatilin əlindən qəfil ölümü sonrakı hadisələrin başlanğıcına çevrilir. Canlı bir qıza qarşı ruhun romantik sevgi hekayəsi belə başlayır. Filmdə medium rolunda əvəzolunmaz məzəli Whoopi Goldberg çıxış edir. Bu film haqqında yazmaq - əbədi sevgi, mübarizə, qisas və kədərli xilas olma nağılını təkrar danışmaq kimidir. Film tamaşaçıların qəlblərinə elə toxundu ki, hələ 90-cı illərin dünya kinoprokatı prosesində melodram janrının klassikası oldu, Demi Moore və Patrik Swayze isə - canlı əfsanə, sarsılmaz sevginin ikonası hesab olunurdular.

still-of-juliette-binoche-and-jeremy-irons-in-damage-1992-large-picture

«Zərər» REJİSSOR LOUİS MALLE, 1992-ci il. Hörmətli siyasətçinin, orta yaşlı kişinin vamp-qadına qarşı olan sevgi hekayəsi. Louis Mal ölümündən əvvəl çəkdiyi filmdə bəzən qəhrəmanların hissləri qaçılmaz olaraq icazə verilənlərin hüdudlarından kənara çıxdığını göstərdi. Xüsusilə də, hörmətli cənabın əxlaqsız arvadının və atasının münasibətlərinin əsiri olan oğlunun məhəbbət üçbucağının tərəflərindən biri olduğunda. Ehtirasının tam bir qul əsarətində olan ailə başçısı hadisələrin gedişatına təsir göstərə bilməməsi isə yalnız təəssüf hissi yaradır. Və atasının ləyaqətsiz etirafı oğlunun ölümünə səbəb olur. Bu fani dünyada sevginin müxtəlif formulları var, lakin bəzən hər şeyə üstün gələn, yaxınlarına qarşısıalınmaz zərər vuraraq ətrafında olanları darmadağın edən ehtirasa rast gəlmək olur…

20090517015349todo_sobre_mi_madre_poster

«Hər şey anam haqqında» REJİSSOR PEDRO ALMODÓVAR, 1999. Avropa kinosunun canlı klassikinin on üçüncü filmində qəhrəmanların qərq olunduğu dəliliyə olan sevgisindən bəhs edir. İnsan zəiflikləri haqqında acı və faciəvi bir hekayə. Müxtəlif uniseks-personajların talelərinin toqquşması barədə çətin dramatik vəziyyətə düşən tək bir ailənin hekayəsi. Və Pedro Almodovar bütün bu ehtiras labirintinin ortasında demək olar ki, İncil möcüzəsi yaradır - gey-transvestit və lezbiyan olan, QİÇS virusuna yoluxmuş valideynlərdən sağlam bir körpənin dünyaya gəlməsi. Hekayə matriarxata qarşı mülayim sevgi pafoslu zərif-ekspressiv dramatizmlə və dünyaya həqiqi vüsətində insanlığı qaytarmq ideyası ilə doludur.

kinopoisk.ru-indecent-proposal-868067

«Əxlaqsız təklif» REJİSSOR ADRIAN LYNE, 1993-cü il. Hər şeyi olmasa da, çox şeyi almaq mümkündür... Əmr edə bilmədiyimiz ürəkdən başqa! Qadın bəzən nəfsinin tamahkarı olur, amma ağıllı qadın zamanında sevgilisinin yanına geri dönür, özünü ona tamamən təslim edir, amma ürəyini - yox... Bu sadəcə sevgi və ailə xoşbəxtliyi barəsində həyat aforizmlər toplusunun kiçik bir hissəsidir ki, qüsursuz və ənənəvi hollivud happy end finalı ilə sevgi melodramının bütün janr qanunlarına görə bütün zamanların dramaturgiyasında aktuallığı bu filmdə öz əksini tapıb. Möhtəşəm tandemin qəhrəmanları Demi Moore və Woody Harrelson öz sevgi idilliyasının sarsılmazlığında olduqca özlərinə güvənirdilər. Və ən zəif anda oyuna simasında şeytan imtahanı olan təkrarolunmaz Robert Redford daxil olur. Film sanki bu günə qədər E.M. Remarkın ovsunu kimi təxəyyülü həyəcanlandırır: "... bir qadını sevmək və yoxsul olmaq necə də dəhşətlidir".

large_243567

«Kuklalar» REJİSSOR TAKESHİ KİTANO, 2002-ci il. Yakudza barədə sıçrayan beyin atəşfəşanlığı ilə kriminal saqadan sonra Takeshi özünü "Kuklalar"da yapon poeziyası olan tanka və haiku klassik janrını kinoya uyğunlaşdırmağı bacaran yetkin akademist və şərq ustası kimi göstərdi. Film altı qəhrəmanın (üç sevgili cütlüyü) - insan şəklində olan kuklaların iştirakı ilə üç novelladan ibarətdir. Sevgi haqqında Yapon poeziyası rəvan şəkildə dramaturgiyası sanki keçmişə və gələcəyə flash back olaraq keçid edən qeyri-adi teatral və poetik məkan birləşməsi kimi düzülərək filmin xəttinə daxil olur. Kinolentin mesajı açıq-aydındır - kuklalar günümüzün qəhrəmanlarının obrazlarında təcəssüm ediblər, qəhrəmanlar isə Bunraku və Kabuki teatrlarının etnoqrafik məkanında iştirak edirlər. Qeyri-bayağı dramaturgiya cəsarətli işıq və rənglə, boyanmış maskalarda canlı kədərli gözlü obrazların gözlənilməz hərəkət ritmi ilə vurğulanır.

thedreamerspic

«Xəyalpərəstlər» REJİSSOR BERNARDO BERTOLUCCI, 2003. Simvolik adı olan "Xəyalpərəstlər" yuxu-filmi 60-cı illərin ikinci yarısında tələbə üsyanları dövründə üç yeniyetmənin əllərindən qaçırdıqları sevgi haqqındadır. Filmin qəhrəmanlarının görüşü l'amour à trois - klassik fransız üçbucağı yaradır, onları Paris küçələrindəki inqilab ruhu nümayiş meydanlarından seksual eksperimentlər çoşğusuna transformasiya edən mənzil divarlarına apararır. Bertolucci bu eksperimentləri dünya kinosunun kult filmlərinin səhnə mizanının təqlidi vasitəsilə sıralayır. Ancaq üçtərəfli sevgi dəm qazından boğulma təhlükəsi altındadır. Ta ki izdihamda nümayişçilər tərəfindən atılan daş tələbə inqilabının xilasedici may havasını içəri buraxanadək. Məhəbbət üçbucağı üsyan etmiş Paris küçələrinə atılır və buradaca dağılır: hər biri öz yoluna gedir...

tf-128_1722

«Rekonstruksiya» REJİSSOR CHRISTOFFER BOE, 2003. Skandinaviyanın sonsuz qütb gecələrini xatırladan Kopenhagenin tutqun gecə işığının köməyi ilə müəllif qəhrəmanların dünyalarını Kafka cəfəngiyatına gətirib çıxaran sevgi kvadratının rekonstruksiyasını yaradır. Filmin cazibədar atmosferi bizi rejissorun labirint tapmacası ilə şüurun sevgi axınının xaosunda harmoniya axtarışında müşayiət edir. Səbirli tamaşaçı isə cavabı dialoqlarda və paralel montaj xəttində tapır. Burada Boe sevgi haqqında demək olar ki, ona qədər heç kimin bəhs edə bilmədiyi şəkildə danışmağı bacardı. Filmə əsasən bu "Rekonstruksiya" çox uğurlu alındı - inandırıcı triumf Christoffer Boenin 2003-ci ildə Kann kino festivalında ən yaxşı tammetrajlı debüt nominasiyasında "Qızıl Kamera" mükafatı ilə təltif olunmasıdır.

20120520_gaf_u39_666

«Sevgi» REJİSSOR MICHAEL HANEKE, 2012г. Hanekenin sirli "Sevgisi" - Jorj və Annanın, yaşlı musiqiçi cütlüyünün doxsan yaşlarında bəxtlərinə birlikdə ölümqabağı imtahan vermələri barədə sadə lakonik hekayədir. Reanimasiyadan sonra Anna evə qayıdır, ancaq onun zehni pozulmağa başlayır. Jorj ümidsizliyin, illüziyaların, özünü aldatmanın bütün mərhələlərini çarəsiz optimizmlə keçir. Nəticədə, o, mümkün olan yeganə qaçılmaz çıxış yolunu tapır - çox sevdiyi həyat yoldaşını öldürmək. Bu da tamaşaçı tərəfindən mübahisəli ekzistensional mərhəmət, cinayət, ağlını itirmə, evtanaziya kimi dəyərləndirilir... Lakin hər şey sevgi naminədir! Qocalıq marazmının can çəkişməsi özü-özlüyündə qadağan edilib və bədii filmlərdə nadir hallarda rastlaşmaq olur. Usta Hanekede qəhrəmanların şəxsiyyət başlanğıclarının məhv olması prosesi tamamilə dokumentalizmə yüksəldilmişdir.

 

MƏTN ÜLVİ MEHTİ FOTO MƏTBUAT MATERİALLARI