KOSMOS

Hələ yaxın keçmişdə biz bütün kosmonavtların adlarını bilirdik. İndi isə google-da axtarış vermədən şəxsən mən hal-hazırda BKS-da (Beynəlxalq Kosmos Stansiyası) kimin olduğunu deməyə çətinlik çəkərəm. Kosmosa uçuş gündəlik hadisəyə çevrilib, yeni nəsil üçün bunda heç bir qeyri-adi hal və ya macəra yoxdur, bu sadəcə ağır fiziki yüklə birləşən elmi işdir…

Kosmik turizm mövzusunu ciddi olaraq 1986-cı ildə Beynəlxalq Astronavtika Konqresində müzakirə etməyə başlamışlar. Elə o zaman kosmik turizmin məqsədəuyğunluğunu düşünməyə məcbur edən kədərli hadisə baş vermişdi: 28 yanvar 1986-cı ildə bortunda ilk kosmik turist qadın Krista Mak Oliff olan "Challenger" kosmik gəmisi qəzaya uğramışdı.

christa_mcauliffe_experiences_weightlessness_during_kc-135_flight_-_gpn-2002-000149

90-cı illərin əvvəllərində ilk kommersiya astronavtları - Yapon jurnalist Akiyama Toehiro və Britaniya vətəndaşı Helen Sharmen - kosmosa yola düşdülər. Amma yenə də Toehiro və Sharmen kosmik turist hesab edilmirlər. Rəsmi olaraq kosmik turizm dövrü 2000-ci illərdə - XXI əsrin gəlişi ilə başlamışdır.

dr-helen-sharman-image-kingston-university-london

1401185165_akiyama_toyohiro

Kosmosa "sadəcə baxmaq üçün" ilk dəfə uçan 60 yaşlı İtalyan əsilli multimilyonçu Dennis Tito oldu. O, 2001-ci ildə 28 aprel - 6 may tarixləri arası bir həftəlik uçuş həyata keçirib. Tito orbita ilə Yer üzündə 128 dəfə uçuş edib; hər bir uçuş ona 150 min dollara başa qəlib.

dennis-tito

2002-ci il 25 aprel - 5 may tarixləri arası illüminator pəncərəsindən Yer kürəsini bu dəfə CAR-dan olan milyonçu Mark Şattlvort seyr etdi. O, MKS-ın kosmik gəmisi ilə səyahət etmək üçün 20 milyon dollar ödəmişdi. Şattlvort - "Canonical Ltd" adlı xüsusi şirkətin təsisçisidir, BKS-da fəal istifadə edilən Ubuntu Linux əməliyyat sisteminin hazırlanmasına rəhbərlik edir.

0219-mark-shuttleworth-630x420

2006-cı ildə 21 milyon dollar ödəyən yapon sahibkar Daysuke Enomoto  növbəti kosmik turist ola bilərdi, lakin tibbi göstəricilərə görə ixtisar edilir. Yapon milyoner  təşkilatçıların qərarı ilə qəti şəkildə razı deyil və kainatı fəth etmək arzusu böyük hüquqi bir qarşıdurma halına çevrilmişdir. Enomotonun dediyinə görə, artıq o kosmosa uçmaq istəmir.

daisuke_enomoto_2006

Amerikalı multimilyonçu Gregory Olsen BKS-da öz unudulmaz kosmik təəssürat payını 2005-ci il 1-11 oktyabr tarixləri arasında əldə edib.

gregory_olsen

2006-cı il 18-29 sentyabr tarixində BKS-nın bortuna minən İran əsilli ABŞ vətəndaşı Anuşe Ansariyə gəldikdə isə, onun sadəcə bəxti gətirmişdi: o, Daysuke Enomotonun əvəzinə uçmuşdu. Anuşe informatika və elektronika üzrə bakalavr dərəcəsi almış, TelecomTechnologies, Inc. (TTI) şirkətinin təsisçisi və ProdeaSystems, Inc şirkətinin sahibidir.

2001-anousheh-ansari1_1

Növbəti kosmik turist Amerikalı milyoner Richard Garriott idi. Onun sahibkarlıq fəaliyyəti bilavasitə kompüter texnologiyası ilə əlaqəlidir.

Uçuş 2008-ci il 12-24 oktyabr tarixləri arasında baş tutmuşdur.

2577.richardgarriot_sputnik

Macarıstan əsilli astronavt-turist Çarlz Simoni maraqlı adı olan Intentional Software Corporation şirkətinin sahibidir, həmçinin Microsoft şirkətinin təsisçilərindən biridir. BKS-da iki dəfə olub: 2007 və 2009-cu illərdə.

charles-1

Proqramlaşdırma və yüksək texnologiya ilə əlaqəli insanlardan ibarət siyahıya 2009-cu ildə sirk artisti, "Cirque du Soleil" sirkinin yaradıcısı və rəhbəri, Time jurnalının versiyasına görə planetin ən nüfuzlu biznesmenlərindən biri olan Guy Lalibertenin necə düşdüyü tam aydın deyil.

710441_20

Kosmos sərhəddinə maksimal dərəcədə yaxınlaşan Avstriyalı paraşütçü ekstremal Feliks Baumgartner olub: o, düşüşdə cəmi 9 dəqiqə və 3 saniyə keçirərək və saatda 1173 kilometr sürətə çataraq 38.710 metr yüksəklikdən aşağı enib.

iiyeikn2b_c

2014-cü ilin oktyabr ayında məlum oldu ki, NASA-nın "Hİ-SEAS" layihəsi çərçivəsində Marsa ekspedisiya hazırlama missiyasının üçüncü ekipaj üzvlərindən biri azərbaycanlı Allen Mirkadırovdur.

"HI SEAS" tədqiqat layihəsi - insanın Marsa uçuş şərtlərinin yerüstü analoqudur.

s5002131MƏTN NATA OSMANLI FOTO MƏTBUAT MATERİALLARI

 

 

Тэги

Тэги