NARGIS KİNO: HƏR ŞEY SEVGİDƏN BAŞLAYIR

İstirahət günləri gəlir, deməli həftə sonu baxılacaq filmləri müəyyən etməliyik. Sizin üçün xüsusi olaraq 5 film seçmişik.  Xeyr, bu növbəti filmlərin izahı olan siyahı deyil. Filmlərin nədən bəhs etdiyindən deyil, nəyə görə  baxılmağa dəyərli olduğunundan danışacayıq!

Saf ağlın əbədi parıltısı

Dəyərli 2 saatımızı bu kinoya sərf etmək üçün səbəb çoxdur. Ən əsas səbəblərdən: filmdə sevgi var və və film Oskara sahibdir. Charlie Kaufmanın ssenarisi, Michel Gondry-nin rejissorluğu ilə çəkilmiş "Sevgini yaddaşdan silmək olar. Ürəkdən atmaq isə - artıq başqa məsələdir" tagline ilə IMDb-nin versiyasına görə ən yaxşı filmlərin siyahısının 87-ci sırasını bəzəyir. Burada Jimmy Carrey var və bu komediya deyil (bəli-bəli, belə də olur). Və nəhayət, buz üzərində olan kadr - bunu dəqiq görmüsünüz və sırf bu an üçün filmə baxmağa dəyər!

1476606776112325894
Yayın 500 günü

Rejissor Mark Webb-in ilk filmi ona şöhrət gətirdi, bizə isə - sevgi barədə düşünmək üçün qida. Filmin şüarı "Bu sevgi hekayəsi deyil. Bu sevgi haqqında hekayədir" xəbərdarlığını dərhal edir. Burada hər şey gözəldir: rənglər, stilistika, musiqi, baş rolda Joseph Gordon-Levitt. Filmi izləyərkən özünə qeyri-ixtiyari bir sıra suallar verirsən, amma narahat olmayın: sonda hər şey öz qaydasına düşəcək.

maxresdefault_1
Şəfəqdən əvvəl

Burada action, böyük miqyaslı mübahisəli səhnələr və ya xüsusi effektlər yoxdur... Film tamamilə dialoqlar üzərində qurulub, amma buna baxmayaraq çox yüngüldür. Yaxşı seçilmiş aktyorlar, gözəl film və qayğısızlıq ruhu. Richard Linklater mütləq axşamınızı bəzəyəcək.

26683df203690f7fb96b83db1bddf337
Mənim sevgilim dəlidir

Bu filmin baş rolu üçün Zooey Deschanel, Rooney Mara və Anne Hathaway mübarizə aparırdı, amma nəticədə Jennifer Lawrence oynadı. Nəinki oynadı, həm də ilk Oskarını qazandı. Ümumilikdə film 8 heykəlcik və orta hesabla 8,1 / 10 olan 92% reytinq əldə edib. Bəzi yerlərdə ağır, lakin tamamilə özünü sübut etmiş film. Nəhayətində, hər gün rəqs edən Bradley Cooperi görmürsən. Bir sözlə, baxmaq lazımdır!

17f30e181f567773962797f43da99ce0
Niyə o?

John Hamburg yaxşı komediyalar çəkə bilir və "Niyə o?" istisna deyildi. Valideynlər uşaqlarının seçimini gördükdə düşünməyə başlayırlar. James Franconun ifa etdiyi maksimal dərəcədə hipertrofiyaya tutulmuş "pis oğlan" obrazı lazımı effekti verir və və qəhrəmanın hər bir hərəkəti gülməyə məcbur edir. Uşaqsız... böyük bir kompaniya ilə baxmaq üçün idealdır.

whyhim1