Kosmetikanı hansı meyarlara görə seçirik? İstehsalçı markanın nüfuzuna, internetdəki rəylərə, ya da sadəcə alışqanlıq olaraq bəyəndiyimiz qablaşdırma/flakonuna əsaslanaraq?
Gözəllik və baxım pərəstişkarları üçün əsas qaydalardan biri satın alınan vasitənin tərkibini diqqətlə araşdırmaq olmalıdır. Beauty hərəkatının izləyiciləri çoxdan gözəl paketlərin üzərindəki ağıllı yazıları anlamağı öyrəniblər və marketoloqlar üçün artıq asan yem deyillər. Bu gün bu sirləri sizin üçün də açıqlayacağıq.
Əgər siz uzun müddətdir gözəllik adeptləri sırasındasınızsa, o zaman əsas mantranı əzbərləmisiniz: "Nəmləndirmə və qidalanma".
Nəmləndirici vasitələr bizə nə verir? Təəssüf ki, çox vaxt söhbət dermaya səthi təsirdən gedir (dərin nəmləndirmə vədi nə qədər cazib səslənsə də). Dərinin dərin təbəqələrinə təsiri yalnız NMF komponentləri göstərə bilir. Bunlar dərin nəmlənməni təşviq edən amin turşuları, karbamid, süd turşusu, peptidlərdir. Əslində, dəri özü bənzər xüsusiyyətlərə malikdir, çünki bu komponentlər onun tərkibində mövcuddur. NMF ilə olan krem dərinin daha çox nəmlənməsinə kömək edəcək və mükafat olaraq rahatlıq və təravət əldə edəcək.
Qidalandırıcı kremlər dərini yağla təmin edir. Bu kremlər möhkəm tekstura malikdirlər və dəridə aydın şəkildə hiss olunurlar. Bir qayda olaraq, qidalandırıcı kremlər quru dərilərin sahibləri üçün vacibdir və soyuq havalarda dərinin ən optimal qoruyucularıdır.
Əgər dəriniz iltihaba meyllidirsə və məsamələr asanlıqla tıxanırsa paketlerdəki kodlayıcı söz sizin üçün "komedogensiz" olmalıdır. Bu deməkdir ki, istehsalçı sizi məhsulun istifadəsi zamanı xoşagəlməz nəticələrdən, məsələn, sızanaq və qızartıdan qorumağa çalışıb. Xüsusi şkalaya diqqət edərək, tədricən aşağı komedogen reytinqli kosmetikanı seçməyi öyrənəcəksiniz. Dəriniz isə sizi bütünlüklə mükafatlandıracaq: sağlam görünüş əldə edəcək və siz akne və tıxanmış məsamələri unudacaqsınız.
Baxım vasitələrinin xüsusiyyətlərini yaxşılaşdırmaq buna gətirib çıxarır ki, getdikcə "tonuslandırcı" termini ciddi məna daşımayan, adi marketinq hiyləsinə çevrilir. Əgər əvvəllər tonik təmizləyici prosedurda əsas amillərdən biri idisə, indi təmizləci vasitələrin yumşaldıcı tərkibi sayəsində bu funksiya ortadan qalxıb. Beləliklə, tonuslanma tədricən atavizmə çevrilir.
Marketoloqların daha bir dahi ixtirası - baxım vasitələri arasında "detox" nişanının istifadəsidir. Əslində, kosmetika sadə bir səbəbdən dəridən toksinləri təmizləmir: çünki onlar dəridə mövcüd deyil. Onlar toplayıcı effektə malik deyillər və onlarla təmizlənmə üsulu ilə baş etmək mümkündür. Həmin detoks-maskanı istifadə edərkən dərinin bərpası və üzün rənginin yaxşılaşdırılması kimi effekt əldə edəcəksiniz, amma bundan artığına ümid bəsləmək olmaz.
Əbədi cavanlıq sirrinin axtarışında olan daha yaşlı xanımlar qablaşdırmada məhsulun antioksidantlı olduğunu sübut edən dəyərli yazını axtarırlar. Bu xüsusiyyət erkən yaşlanmanın qarşısını alaraq dərinin azad radikallardan qorunmasını təmin edir. Ən tanınmış antioksidantlar - geniş istifadə olunan A, E və C vitaminləridir. Yaşlanma əleyhinə vasitələr də yaşlanma ilə mübarizə aparmağa istiqamətlənib. Qayda olaraq, onlar dərini retinoidlərlə (A vitamininin struktur analoqu), C vitamini, peptidlər və turşular ilə doyuraraq mükəmməl şəkildə nəmləndirir.
Əgər dəriniz yağlanmaya meyllidirsə sizin üçün ən sevdiyiniz kod sözlərdən biri "Seborrheique" olacaq. Ancaq gəlin, gerçəkçi olaq: kosmetik vasitələr dərinin yağ istehsalına və piy vəzilərinin işinə təsir göstərmirlər - onlar bu qədər dərindən nüfuz edə bilmirlər. Bu vasitələr çox vaxt matlaşdırıcı təsir göstərir. Seborrheique təsirə niasinamid, sink və retinodlər malikdirlər. Lakin onların yağ istehsalına təsiri olduqca şərtidir.
Ən qatı gözəllik aludəçiləri məmnuniyyətlə sizinlə əziyyətli ekoloji vəziyyət haqqında danışa bilərlər, söhbətin sonunda isə bütün dərdlərin dərmanı olaraq anti-pollution kosmetikanı tövsiyə edərlər. Belə kosmetikanın əsas təyinatı - sənaye çirklənməsindən, bonus olaraq da azad radikallardan və günəşdən qorumaqdır. Əslində isə bu həmin antioksidant və bərpedici vasitələrdir.
Diqqətli olun və öz hisslərinizə güvənin. Dərinizə qulluq edin və onu qoruyun, o da sizə minnətdarlıqla cavab verəcək!