M.A.P.: BAKIDA TEATR FESTİVALI

6-11 noyabr tarixləri arası Bakının müxtəlif səhnə məkanlarında II M.A.P. Beynəlxalq Teatr Festivalı keçiriləcək. “M.A.P”- Music – Art – Performance terminlərinin abreviaturasıdır.  

Festival teatr sənətinin müxtəlif növlərini əhatə edir və müasir teatrın bütün incəliklərini anlamağa kömək edir. M.A.P. festivalının coğrafi əhatəsi çox maraqlıdır: Bu il festivalda Danimarka, Estoniya, Almaniya, İran, İtaliya, Yaponiya, İsveçrə, Rusiya və Böyük Britaniyadan olan teatr kollektivlərinin quruluşunda 16 tamaşa təqdim ediləcək.  

"Moskva" baleti: ""İdiot"Kafesi" 

Festival, İtaliyanın “NoGravity Theatre” kollektivinin hazırladığı “Ariya” şousu ilə açılacaq. Şou-proqrama xoreoqrafiya, ifa, xarakterik kostyumlar, eləcə də Monteverdi, Vivaldi və Perqolezinin musiqi əsərləri daxildir, buna görə də, müğənnilər, rəqqaslar və musiqiçilər bu tamaşada müxtəlif rollar oynayırlar. 

Ən çox gözlənilən hadisələrdən biri Haydnın “Kimsəsiz ada” operasının müasir versiyasını təqdim edəəfsanəvi Mariinski teatrının çıxışı olacaq. Dirijor qismində istedadlı gənc Cavad Tağızadə çıxış edəcək.

Dünyanın ən böyük sirkləri ilə çalışan məşhur rejissor-xoreoqraf Daniele Finzi Paskanın akrobatik poeması maraqlı olmağı vəd edir. 

“Qoqol-mərkəz” Nikolay Nekrasovun “Rusiyada yaşamaq kimə yaxşıdır” adlı məşhur poeması əsasında hazırlanmış yeni tamaşasını təqdim edəcək. 

Britaniyalı kloun Chris Linam Bakıda komediya haqqında təsəvvürümüzü genişləndirəcək iki inanılmaz şou təqdim edəcək.  

Tamaşalar və şoular ilə yanaşı, festival proqramına rejissorlara, aktyorlara, dramaturqlara maraqlı olacaq müxtəlif mühazirələr, praktikumlar daxildirBelə ki, proqrama rusiyalı dramaturq və ssenarist Yuliya Tupikina “Pyes necə yazılır?” adlı praktikumu; rejissor, aktyor və musiqiçi Aleksandr Dzübanın bir günlük intensiv ustad dərsi; “Çiten” teatrının rejissoru Motoi Miuranın yapon teatrı haqqında mühazirəsi; teatr tənqidçisi və tarixçi Marina Davıdovanın müasir teatr quruluşlarının təkamülündən bəhs edən müzakirəsi daxildir. "Merlin Puppet Theatre" Kukla teatrının yaradıcıları Dimitris Stamu və Demi Papadanın rəhbərliyi altında kiçik tamaşaçılar işıq və kölgə ilə işləməyi öyrənəcəklər. 

Все эти мероприятия организованы YARAT при поддержке Bakcell в партнерстве с главными театральными площадками Баку, такими как Театр оперы и балета, Русский драматический театр, Театр кукол, ÜNS, Конгресс-центр. M.A.P. призывает возродить былой авторитет театров, и это уникальная возможность для творческих людей из мира музыки, искусства, сценического творчества обменяться опытом с зарубежными коллегами.

Кстати, по счастливой случайности фестиваль совпадает с выставкой   Педро   Гомес-Эганья   «Sleipnir»,   которая будет проходить в Центре современного искусства YARAT с 9 ноября по 10 февраля.Bütün bu tədbirlər Bakcell şirkətinin dəstəyi və Bakının Opera və Balet Teatrı, Rus Dram Teatrı, Kukla Teatrı, ÜNS, Konqres Mərkəzi kimi əsas teatr məkanlarının partnyorluğu ilə YARAT tərəfindən təşkil olunub. M.A.P.  festivalı teatrların keçmiş nüfuzunu bərpa etməyə çağırır və bu musiqi, incəsənət və səhnə yaradıcılığı olan insanların xarici kolleqaları ilə təcrübələrini paylaşmaları üçün unikal imkandır.