FUTBOL: SAĞLAMLIQ + DÜNYA UĞURU

Futbol üzrə U-15 Azərbaycan gənclər yığmasının baş məşqçisi Təbriz Həsənov Azərbaycanın yüksək kateqoriyalı məşqçilərindən ibarət doqquzluğa daxildir. Bu müsahibədə o, futbolun niyə bu qədər populyar olduğu və uşaqlar üçün hansı perspektivləri açdığı barədə danışdı.

Valideynlər uşağının potensial futbolçu olduğunu necə müəyyən edə bilərlər?

Bütün məşhur futbolçuları dünyaya demək olar ki, küçə futbolu təqdim edib. Topa yiyələnmə, sürət, çeviklik, hərəkətlərin koordinasiyası məhz küçədə formalaşır. Əgər oğlunuz həyətdə topla oynayırsa onu futbola yazdırın - orada ona çox şad olacaqlar!

Oyun meydançasından dərhal professional futbola keçmək mümkündürmü?

Professional futbola heç kim təsadüfən daxil olmur. Futbolla maraqlanan uşağı qəbulu 7-8 yaşdan başlayan futbol akademiyalarındakı futbol seksiyalarına vermək lazımdır. Bundan sonra hər şey uşağın bacarığından və bu bacarığı üzə çıxarıb inkişaf etdirən məşqçidən asılıdır.

Gələcək futbolçu üçün professional futbol yolunda ən vacib olan nədir?

Bu oyuna səmimi sevgisi. Həm də çox məşq etmək lazımdır.

Əgər uşaq futbolu sevirsə və məşqçi bu sevgini gücləndirərsə, o zaman o, çox şey əldə edəcək.

Bu gün Azərbaycanda futbola böyük tələbat var.

Tamamilə doğrudur. Həm də qızlar arasında futbola daha da maraq artır. Əvvəllər qadın futbolunun bizdə populyar olacağını təsəvvür belə etməz ikən, bu gün Azərbaycanda nəinki qadın futbol çempionatları, həm də dünya kubokları keçirilir.

Amma futbol həm də gənc futbolçuları dünya şöhrətli ulduzların sürdüyü gözəl həyat tərzi ilə də cəlb edir.

Uşağın kumiri olsun - bu əladır! O, idealına bənzəməyə çalışacaq və onun kimi uğurlar qazanmağa cəhd göstərəcək.

Ancaq təəssüf ki, bəzi valideynlər uşaqların maraqları barədə deyil, yalnız yüksək qonorar barədə düşünürlər.

Futbolun hansı üstünlükləri var?

Sağlam həyat tərzi, çünki sağlam bədəndə - sağlam ruh var. Həm də bu çox maraqlı oyundur. Ən azı futbol, uşağınıza sağlamlıq, maksimum isə dünya şöhrəti və məşhurluq verəcək.

Gələcək futbolçulara nə kimi məsləhətləriniz var?

Heç vaxt nail olduqlarınızla kifayətlənməyin! Pulu əsas tutmayın. Oyun haqqında düşünün - qalan hər şey özü gələcək. Futbolu bütün qəlbinizlə sevin və o mütləq sizə qarşılıq verəcək!

 

MƏTN FELİKS VİŞNEVTSKİY FOTO RUSLAN NƏBİYEV